Ölkə

Qazın təzyiqi niyə aşağıdır? - "Azəriqaz" açıqladı

16 Aprel 2018 11:17
7 Şərh     Baxış: 7 053

"Azəriqaz" İstehsalat Birliyi Azərbaycanda, o cümlədən Bakının bir neçə rayonunda son günlərdə əhaliyə verilən təbii qazın təzyiqinin aşağı düşməsi məsələsinə aydınlıq gətirib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Azərbaycanda havanın temperaturunun kəskin aşağı düşməsi ilə əlaqədar ölkə ərazisində təbii qaz sərfiyyatı artıb, nəticədə "Azəriqaz" İB balansında olan kəmərlərdə qazın təzyiqi aşağı enib.

İ.Kərbalayevin sözlərinə görə, fərqli ərazilərdə, bəzi fərdi yaşayış evlərində mavi yanacağın verilməsində çətinlik yarandığından şəbəkəyə verilən qazın həcmi artırılıb. "Azəriqaz" rəsmisi əlavə edib ki, bütövlükdə təbii qazla təchizatda problem yoxdur.

"Bu gün də həmin işlər davam etdirilir, tənzimləmə işləri aparılır. Şəbəkəyə verilən təbii qazın həcmi artırıldıqdan, qurumun əməkdaşları tərəfindən qazpaylayıcı şkaflarda, qaz tənzimləyicilərində, siyirtmələrdə tənzimləmə işləri aparıldıqdan sonra ölkə ərazisində fərdi şəkildə şikayətlər istisna olmaqla, bu gün mavi yanacağın verilişində ciddi problem yoxdur. Ölkə ərazisində təbii qazın verilişi ilə bağlı aprelin 14-ü ilə aprel ayının 15-ni müqayisə etsək, 14 apreldə ölkə ərazisində təbii qazın verilişi 16 milyon 823 min kubmetr idisə, 15 apreldə artıq bu rəqəm 19 milyon 679 min kubmetr olub. Bu iki gün arasında fərq isə 2 milyon 856 kubmetr olub. Hal-hazırda da tənzimləmə işləri davam etdirilir və hansı ərazilərdə təzyiqlə bağlı çatışmazlıq yaşanırsa, qaz təchizatının texnoloji rejimə uyğun təmin üçün işlər görülür", - deyə qurum rəsmisi əlavə edib.

Milli.Az

loading...

Şərh yaz:

7 Şərh:

  • Anonim
    A.V · 16 Aprel 11:30150

    Bu milləti ələ salırlar. Nəyə görə qışda qaz azalmırdı indi azaldı. Deyin ki, qazı özümüz azaltmışıq da. Əgər normal qaz versələr camaat da şikayətçi olmazlar.İndi də kartladır da qaz. Normal qazını ver camaat da pulunu ödəyir də. Belə şey olmaz axı. Nağıl danışırlar.

    Cavab yaz
  • Anonim
    aaa · 16 Aprel 11:44210

    Azəriqazı nə qədər ki, qeyri-peşəkarlar idarə edəcək, o vaxta qədər də camaat narazı qalacaq...

    Cavab yaz
  • Anonim
    bakili · 16 Aprel 11:5060

    yalansa. 4 gundur gazimiz gelmir. ayin 12 sonub o vaxtdan galmir. mawtaga xanlar kucesi. 123. butun kucede yoxdur. hardasa 500 evdir. azergazi yigirig deyirlar yonaltdik. 4 gundur gaz yoxdur.

    Cavab yaz
  • Anonim
    Seva · 16 Aprel 14:08120

    Kecen il butun yayi qaz gun erzinde o qeder zeif olurdu ki, kompot- vareneni seher 5-6 de durub busururdik. Yene eyni terane. Camaati lap ele salirlar. Aleme qaz satiriq ozumuz sam isiginda yemek bisiririk. Televizor, jurnalistler niye bu movzunu isiqlandirmir davamli sekilde. Yene deyirem kecen ilde bu vaxtdan Yasamal da qaz bele idi, bu ilde. Heyif senden ANS.

    Cavab yaz
  • Anonim
    Anonom · 16 Aprel 14:45100

    Heç də elə deyil. Nece yəni qaz təchizatında ciddi problem yoxdur?(( Şam kimi yanır. "Azəristiliktəchizat"da qazın az olmasını bahənə edib keçən həftə evlərdə istiliyi demək olar ki verməyib

    Cavab yaz
  • Anonim
    Адил · 17 Aprel 07:0410

    Утансынлар.

    Cavab yaz
  • Anonim
    Тапдыг · 17 Aprel 07:0700

    Нейин тезйиги йухарыдыр бизде?

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.