Ölkə

“Qızım məni dəlixana ilə hədələyir” - Deputat anası

16 Aprel 2018 09:55
6 Şərh     Baxış: 10 222
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qızım deputat mandatından, əlaqələrindən istifadə edərək bizim işimizi iflic duruma salıb. Hara gediriksə, kimə müraciət ediriksə, deyirlər ki, Sona deməsə, icazə verməsə, biz heç bir sənəd işini görən deyilik. Dərdimizi kimə deyək, bilmirik.

Milli.Az xəbər verir ki, bunu millət vəkili Sona Əliyevanın anası Bəsirə Əliyeva "Yeni Müsavat"a deyib. Deputat qızından şıkayətçi olan qadın övladının onu aldatdığını, ərindən qalan bütün əmlakı öz adına keçirdiyini deyir. Ananın sözlərinə görə, qızı onu dəlixanaya saldıracağı ilə də hədələyir: "Qardaşlarını da işdən çıxartdırmaqla, həbslə hədələyir. İstəyi odur ki, yoldaşımdan qalan əmlaka dair paylarımızdan onun xeyrinə imtina edək. Məni həyat yoldaşımın sağlıq durumu ağır olan gün - 2017-ci il dekabrın 12-də Şəmkirdəki evimizdən aldadıb Gəncədəki ASAN xidmət mərkəzinə apardı. Dedi ki, onsuz da, atam öləcək, əmlakını adına keçirirəm. Mən də 10 sinif bitirmiş qadınam, nə bilim ki, yoldaşım dünyasını dəyişəndən sonra onun adına olan əmlak avtomatik adıma keçəcəkdi. Bilməzliyimdən istifadə etdi, mənim də, həyat yoldaşımın da payını öz adına keçirdi".

Qəzet yazır ki, B.Əliyevanın iş üzrə redaksiyaya təqdim etdiyi sənədlərin arasında Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin qətnaməsi də var. Məhkəmə sənədlərinə nəzər saldıqda, Sona Əliyevanın atası Sakit Əliyev ölüm ayağında olanda onun əmlakını mənimsəmək üçün hərəkətə keçdiyi aydın olur.

Hakim Yaşar Həşimovun sədrliyi ilə bu il fevralın 19-da çıxarılan qətnamə üzrə iddiaçı deputatın anası Bəsirə  Əliyeva, cavabdeh isə qızı Sona Əliyeva olub. B.Əliyeva qızına və Gəncə "ASAN xidmət" mərkəzinin notariat kontoruna qarşı qaldırdığı iddiada bağışlama müqaviləsinin etibarsız hesab olunmasını tələb edib. Məhkəmə araşdırmasında məlum olub ki, deputatın atası dünyasını dəyişməzdən 2 gün əvvəl, 2017-ci il 12 dekabrda deputat anasını Gəncə ASAN Xidmət mərkəzinə aparıb. Xidmətin notariat kontorunda atasının 1994-cü ildə qurduğu "Murovdağ" kiçik müəssisəsinin nizamnamə kapitalında olan paylar barəsində bağlışlama müqaviləsi bağlanıb. Həmin müqaviləyə görə şirkətin 75 faizi deputatın adına rəsmiləşib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.