Ölkə

Ərinin məşuqəsi onu niyə öldürdü? - Eyni evdə qalırlarmış....

14 Aprel 2018 11:18
21 Şərh     Baxış: 6 591

Dünən Lənkəran şəhərində törədilmiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Anar Mahmudov küçəsi 128 ünvanında 1976-cı il təvəllüdlü Həsənova Sevda Rüstəm qızının həyat yoldaşı, 1973-cü il təvəllüdlü Arif Həsənovun eyni evdə qeyri-rəsmi nikahda yaşadığı Lerik rayon sakini, Gülşən Salayeva tərəfindən əmlak mübahisəsinə görə öldürdüyü məlum olub.

Bildirilir ki, xeyli müddət əvvəl A.Həsənov G.Salayevanı ikinci arvad kimi evə gətirib. O, qadınları bir evdə yaşamağa razı salıb və hər qadından 2 övladı dünyaya gəlib. Son günlər qadınlar arasında evin kimə qalacağı ilə bağlı mübahisələr olub. Sevdanın Gülşənə rəsmi nikahının olmadığını deməsi və evsiz qalacağı ilə hədələməsi onu özündən çıxarıb. Nəticədə Gülşən Salayeva odunla əri ilə rəsmi nikahda olan qadının başına zərbələr endirib.

42 yaşlı Sevda Həsənova hadisə yerində ölüb.

Faktla bağlı Lənkəran şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Milli.Az

loading...

Şərh yaz:

21 Şərh:

  • Anonim
    Əsranur · 14 Aprel 11:22152

    Ən rahat çözüm.İndi,bu ikinci xanımın rahat 10 il yaşamağa evi var.Bu evin də səfasını 3cü arvad sürər.

    Cavab yaz
  • Anonim
    Aslı · 14 Aprel 11:38111

    Ikisinede ev verildi biri mezarda o biri hepisde agilaiz mexluqlar,dunya mali gozunuzu necede buruyub

    Cavab yaz
    • Anonim
      Dilek☺ · 14 Aprel 13:5933

      Salam Esrranur xanim siz mene cox qeyri adi gelursiniz?cunki mende xosluyuram heyatdada mentiqli danisib izahat vermek cox sevirem sizin serhinizi 1ci defedirki etiraf edirem..Sevgilerleee

      Cavab yaz
      • Anonim
        Əsranur · 14 Aprel 17:5401

        Çox sağ ol,gözəlim.Mən də şirin qızları çox sevirəm❤

        Cavab yaz
        • Anonim
          ? · 14 Aprel 18:4410

          Can bajı. Sən də sevimlisən. De görüm günüylə yola gedərsənmi?

          Cavab yaz
          • Anonim
            Əsranur · 14 Aprel 18:5800

            Ay Can.Necəsən,Günel?Belədə insanlarla anlaşmaqda problem yaşamıram.Amma,günüylə yox.Allah düşmənə də göstərməsin:))))

            Cavab yaz
            • Anonim
              ? · 14 Aprel 20:2400

              Allah heç bir qadına günü olmagı və günüylə qarşılaşmagı nəsib etməsin. Qulaqlara qurğuşun!

  • Anonim
    aa · 14 Aprel 11:3950

    Al buda senin resmi nigahin.birine turmede,birine qebirde lazim olacaq

    Cavab yaz
  • Anonim
    Roya · 14 Aprel 11:41100

    Indi qaldi ev sene?ay ifrite. Oldurdun yaziq qadini.Menim anlamadigim bu kisiye ne olmusumus ki,bunlar evi bolurmusler.Yaziq olen cekdiyi eziyyet azmis kimi oldu getdi usaqlar yaziq qaldilar onun bunun umuduna.

    Cavab yaz
  • Anonim
    Ayten · 14 Aprel 12:3541

    Talisdilar yeqin iki arvad bir evde

    Cavab yaz
    • Anonim
      Harlnpasa · 14 Aprel 12:5820

      En gozel secim. Biri mezarda biri turmede kiside 3 cunu getirer evde olar onun. Buda kinonun sonu

      Cavab yaz
  • Anonim
    anonim · 14 Aprel 13:2150

    Acgoz kiwinin aldiqi arvad da ele ozu kimi acgoz cixibda.Kiwiler heyat yoldawindan bawqa da bowanan qadinla eylenirler worgoz kiwiye buda azdi.

    Cavab yaz
  • Anonim
    lalayeva · 14 Aprel 13:3110

    insanda savadsizligin heddi bu insan eqidesi savadi ve duwuncesi ile olculur yawadigi yerle yox ayten sen savadsizligin ile

    Cavab yaz
  • Anonim
    Nuray · 14 Aprel 13:4841

    Qadinda qurur olsaydi bowanardi birweyki er seni istemirse gedib bawkasiyla yawayirsa omurlukk demeli sende qururu ayaqlar altina atmamalisan . Ver bowan. Ne mecburdikii beke yawamaq

    Cavab yaz
  • Anonim
    Asya · 14 Aprel 14:1640

    Cahillik.. Savadiszliq. Ikinci arvad evli kisiye niye gelirdiki? Bes birinci xanim onu nece qebul ede bilmisdi.. ehh. Butun qebahet tebii ki kishide olub. Qadinlarinda cahilliyinden ireli gelib

    Cavab yaz
    • Anonim
      alsu · 14 Aprel 15:1510

      gemide oturub gemiciynen dava edir merifeti olan qadinin aileli kiwinin evinde ne iwi var yuva yixanin yuvasi olmaz bu hadisenin de yawanmagina kiwi sebebkardir

      Cavab yaz
    • Anonim
      ? · 14 Aprel 16:1300

      Qadınlar niyə mülk davası edibki? Bu arvadları alıb hərəsindən iki uşaq düzəldən kişi onların mülkünü də fikirləşməlidir. Bir evdə iki arvad olmaz, ay kişi. Elə imkanlısan, onda hərəsinə bir ev alıb verəydin, birbirlərini qırmazdılar. Bəs dörd uşağın halı necə olacaq? Yəqin üçüncü arvad baxacaq.

      Cavab yaz
  • Anonim
    Yegane · 14 Aprel 16:0630

    Yuva davitmaq demezdim men. Etrafimda gl ve gorduyumun wahidiyem elede gozel aile olurarkii . Bu yalnis fikirdi aile dagidanin yuvasu olmazz. cunki bir kisi yoldwini sevmirse gedib bawkasya yawayirsa o yuva coxdan dagilmiw kimi birseydi. Sadace Sened ustunde aile ola biller birdeki el icinde

    Cavab yaz
    • Anonim
      ? · 14 Aprel 16:3910

      Sizlə razılaşıram hardasa. Yuva dağıdan ən çox ailəyə kənardan müdaxilə edənlər olur. Ərdən arvada arvaddan ərə xəbər gətirənlərdi əsas yuva dağıdanlar. Bu söhbətdə isə kişi ikinci arvad alırsa birinci arvaddan hallalıq alıb onun haqqını verməlidir. Və ikinci arvaddan olan uşaqların da gələcəyini fikirləşməlidir. Əgər bu qadınlar bir yerdə yaşamağa razı olublarsa axıra kimi də getməliydilər. Mülk məsələsini isə arvadlar yox kişi düşünməliydi.

      Cavab yaz
  • Anonim
    User · 14 Aprel 16:0700

    Ortada qalan 4 ushaq oldu.Bele kishi bir iki gune teze arvad tapacaq.Ushaqlarda galacaqlar collerde.

    Cavab yaz
  • Anonim
    Yağmur-S · 15 Aprel 20:5500

    Öldürürdün ay axmaq erini öldüreydinde.1- ci qebre2- ci hebse girdi.kişi 3- cünü alıb getirecek demir barmaqlıqlar arasından baxan sen olacaqsan ay tipoy.olan uşaqlara oldu

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.