Ölkə

2 avtomobil toqquşdu: 5 yaralı var

13 Aprel 2018 17:11
0 Şərh     Baxış: 906
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ağstafada baş verən avtomobil qəzasında 2-si uşaq olmaqla 5 nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Ağstafa şəhərində iki avtomobilin toqquşması nəticəsində 1982-ci il təvəllüdlü İqbal Namazov, onun həyat yoldaşı 1987-ci il təvəllüdlü Namazova Aytən Alı qızı və 5 yaşlı övladları Yusif xəsarət alıblar.

Həmçinin avtomobildə olan 1989-cu il təvəllüdlü Alıyeva Aygün Valeh qızı və 1 yaşlı Əliyev Onur Vüqar oğlu da xəsarət alıblar. Xəsarət alanlar Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Məlumata görə İ.Namazov rayon xəstəxanasında reanimotoloq işləyir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.