Ölkə

Beynəlxalq Rusdilli Vəkillər Assosiasiyasının prezidenti İlham Əliyevi təbrik edib

13 Aprel 2018 15:31
Baxış: 593
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beynəlxalq Rusdilli Vəkillər Assosiasiyasının prezidenti, Rusiya Vəkillər Gildiyasının prezidenti, Rusiya Federasiyasının Əməkdar hüquqşünası, Hüquq elmləri doktoru, professor Həsən Mirzəyev Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi Beynəlxalq Rusdilli Vəkillər Assosiasiyası, Rusiya Vəkillər Gildiyası, Rusiya Vəkillik və Notariat Akademiyası adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Azərbaycan xalqı Sizi yenidən dövlət başçısı seçməklə Sizə etimadını və müəyyənləşdirdiyiniz yolu - ölkənin inkişafı, cəmiyyətdə sabitlik və həmrəylik, Azərbaycan xalqının tərəqqisi və rifahının yüksəlməsi yolunu hərtərəfli dəstəklədiyini bir daha nümayiş etdirdi.

Siz Heydər Əlirza oğlu Əliyevin Azərbaycan Respublikasında islahatlar yolunu layiqincə davam etdirirsiniz.

Sizin müdrik rəhbərliyinizlə Azərbaycan genişmiqyaslı siyasi, iqtisadi islahatlar və dəyişikliklər, əhalinin sosial rifahının yüksəldilməsi yolu ilə inamla irəliləyir, aktual beynəlxalq və regional problemlərin həllində fəal iştirak edir.

Sizin praqmatik siyasətiniz sayəsində Azərbaycan ilə Rusiya arasında iqtisadi, mədəni, siyasi əlaqələr günbəgün genişlənir və möhkəmlənir.

Bu gün Siz həyatınızın ən səmərəli mərhələsindəsiniz. Zəngin təcrübəniz müdriklik və həyati biliklərlə harmoniya şəklində uzlaşır. Artıq çox iş görülüb, gələcək isə yeni planlarla zəngindir.

Qoy, enerji, gümrahlıq və mənəvi qüvvə Sizin etibarlı tərəfdaşlarınız kimi qalsın. Sizə möhkəm cansağlığı, uzun ömür, ali dövləti fəaliyyətinizdə uğurlar və Azərbaycan xalqının rifahı naminə yeni zəfərlər arzu edirəm.

Sizə və bütün Azərbaycan xalqına sülh və firavanlıq diləyirəm".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.