Ölkə

Dmitri Savelyev İlham Əliyevi təbrik edib

13 Aprel 2018 14:38
Baxış: 254

Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Prezident seçkilərində parlaq qələbəniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Müstəqil Azərbaycanın xalqı öz iradəsini inamla ifadə edərək ölkəni bundan sonra da rifaha və firavanlığa doğru aparmağı Sizə etibar etdi.

Əminəm ki, praqmatik dövlət xadimi kimi qazandığınız böyük nüfuz bundan sonra da çox mühüm daxili islahatlar aparılması və dünya siyasi arenasında Azərbaycanın mövqeyinin möhkəmlənməsi üçün etibarlı zəmin olacaq. Qəti əminəm ki, Sizin müdrik siyasətiniz və parlaq diplomatik istedadınız sayəsində Rusiya ilə Azərbaycanın yaxınlaşması davam edəcək və ölkələrimiz bundan sonra da müasir dövrün çağırışlarına layiqli cavab verəcək.

Sizə səmimi qəlbdən möhkəm cansağlığı, tükənməz enerji və firavanlıq, qardaş Azərbaycan xalqına xoşbəxtlik, bolluq və sülh arzu edirəm".

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.