Ölkə

Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili İlham Əliyevi təbrik edib

13 Aprel 2018 14:40
Baxış: 330

Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki. təbrikdə deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Şadam ki, ölkənizin və bütün region xalqlarının rifahı naminə həyata keçirdiyiniz uğurlu fəaliyyətinizi bundan sonra da davam etdirəcəksiniz. Azərbaycan Respublikasının Prezidenti kimi ali dövləti fəaliyyətinizdə Sizə müvəffəqiyyətlər və rəhbər müdrikliyi arzu edirəm. Dövlətlərimiz arasında davamlı və hərtərəfli strateji münasibətlərin təmin olunması Gürcüstan üçün çox əhəmiyyətlidir və mən qəti inanıram ki, biz ölkələrimizi bir-birinə daha da yaxın etmək üçün əlimizdən gələni əsirgəməyəcəyik.

Əminəm ki, Azərbaycan Respublikası vətəndaşlarının Sizə göstərdiyi etimad Zati-alinizi ölkənizin milli birliyini, inkişafını, təhlükəsizliyini və rifahını daha da möhkəmləndirmək üçün səylərinizi davam etdirməyə ruhlandıracaq.

İnanıram ki, əlaqələrimizin və qarşılıqlı maraq doğuran bütün sahələrdə tərəfdaşlığımızın daha da genişləndirilməsi üçün Sizinlə əməkdaşlığımız uğurla davam edəcək.

Sizi səmimi qəlbdən bir daha təbrik edir və uğurlarınızın davamlı olmasını arzulayıram".

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.