Ölkə

Bu yoldan Bakıya giriş tam bağlanır

13 Aprel 2018 13:08
2 Şərh     Baxış: 2 082

Builki Formula 1 Azərbaycan Qran Prisi ilə bağlı Azneft dairəsində hərəkət məhdudlaşdırılıb. 23-dən may ayının 1-nə kimi isə dairəyə giriş tam bağlanacaq.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, dairədə tamaşaçılar üçün tribunanın yaradılması burada avtomobillərin hərəkət hissəsinin daraldılmasına səbəb olub. Bəs hazırda sürücülər hansı alternativ yollardan istifadə edə bilər?

"Qafqazinfo"nun sualını cavablandıran Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib ki, yarışlarla əlaqədar Azneft kimi tanınmış dairədə avtomobillərin hərəkət istiqamətində müəyyən dəyişikliklər edilir:

"Yəni, dairə kimi tanınan ərazi tamaşaçıların seyr etməsi üçün nəzərdə tutulan sahənin düzəldilməsi ilə bağlı daralıb. Neftçilər prospekti, Azneft dairəsindən istifadə edən sürücülərə bildiririk ki, Bayıl "20-ci sahə" və oraya aid digər ərazilərdən bu istiqamətə gələnlər unutmasınlar ki, dairədə hərəkət məhdudlaşdırıldığından hərəkət istiqaməti yalnız düzünə, Neftçilər prospekti  ilə Azadlıq istiqamətində nəzərdə tutulub. 

Eyni zamanda, Niyazi küçəsindən Azneft dairəsinə yaxınlaşanlar isə Bayraq Meydanı istiqamətində və yaxud sola, Neftçilər prospekti istiqamətində hərəkət edə bilər. Həmin ərazi artıq əməkdaşlarımızın nəzarətindədir. Orada xidmət aparılır və keçmə növbəliyi təmin edilir".

Qeyd edək ki, yarışlarla əlaqədar olaraq Azneft dairəsi aprel ayının 23-dən may ayının 1-nə kimi bağlı olacaq. Artıq bununla bağlı ərazidə xəbərdarlıq lövhələri də yerləşdirilib. V. Əsədov dairə bağlandıqdan sonra istifadə olunacaq alternativ yollar barədə yaxın günlərdə mediaya məlumat veriləcəyini vurğulayıb.

Milli.Az

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    aaa · 13 Aprel 14:2440

    10 gün yenə bezəcəyik...

    Cavab yaz
  • Anonim
    nunu · 14 Aprel 17:1500

    alternativ yol ancaq bulvarin icine girib kelle vursan suya 10deyqeye ehmeddidesen

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.