Ölkə

Şamaxıda sürüşmə sahəsində çatlar genişləndi

13 Aprel 2018 10:25
0 Şərh     Baxış: 630
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şamaxının Muğanlı kəndindəki sürüşmə sahəsində çatlarda nisbi artım müşahidə edilir.

Milli.Az xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Muğanlının qədim sürüşmə sahəsi olduğunu nəzərə çatdıran Ə.Qaralov bildirib ki, hazırda Şamaxı şəhərinin "48 a" adlanan məhəlləsində də sürüşmə-çökmə prosesində aktivlik davam edir.

Ə.Qaralovun sözlərinə görə, Şamaxı şəhərinin "48 a" adlanan məhəlləsində bir ilə yaxındır ki, sürüşmə-çökmə prosesi davam edir.

Ekspedisiya rəisi hazırda Bayıl yamacında - Teleqüllənin yaxınlığındakı sürüşmə sahəsində vəziyyətin stabil olduğunu söyləyib:

"Son günlər ərzində reperlər, mayaklar üzərində apardığımız müşahidələr də onu göstərir ki, ərazidə sabit vəziyyət hökm sürür".

Ə.Qaralov bidirib ki, Teleqüllənin yaxınlığındakı sürüşmə sahəsində sürüşmənin səbəbinin daha dəqiq müəyyənləşdirilməsi məqsədilə tədqiqatların aparılması üçün müəyyən qədər buruq-qazma işləri aparılıb.

Qazılan quyulardan götürülən süxur nümunələri laborator analizlərin aparılması üçün ETSN-nin laboratoriyasına təqdim edilib.

Nazirlik rəsmisi bu işlərin davam etdiriləcəyini də açıqlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.