Ölkə

Böyrək transplantasiyası əməliyyatı olunan insanların sayı açıqlandı

10 Aprel 2018 12:41
0 Şərh     Baxış: 1 240
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hazırda Azərbaycanda böyrək transplantasiyası əməliyyatı olunan 900-dan çox insan var.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) direktoru Ceyhun Məmmədov deyib.

O əlavə edib ki, dövlət bu insanların dərman təminatını öz üzərinə götürüb: "Xroniki böyrək çatışmazlığından əziyyət çəkən insanların problemlərinin həlli üçün şəhər və rayonlarda fəaliyyət göstərən 43 hemodializ mərkəzində 3400-dən artıq xəstə dializ alır".

C.Məmədov bildirib ki, 2017 ci ildə 9 nəfərə qaraciyər, 81 nəfərə böyrək köçürülüb: "Dövlət hesabına 1106 ürək əməliyyatı keçirilib ki, onlardan 226 nəfəri uşaqdır."

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.