Ölkə

Azərbaycanlı və amerikalı alimlərdən birgə iş - FOTO

9 Aprel 2018 15:54
0 Şərh     Baxış: 1 226
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Qafqazın 3D seysmogeodinamik modeli hazırlanacaq.

AMEA Geologya və Geofizika İnstitutunun (GGİ) "Seysmologiya və seysmik təhlükə" şöbəsinin rəhbəri, geologiya-minerologiya elmləri namizədi, dosent Qulam Babayev Fulbrayt Fondunun (Fulbright Foundation) qrant dəstəyi ilə ABŞ-ın Miçiqan Universitetində elmi ezamiyyətini başa vurub. Azərbaycanlı alim ezamiyyət müddətində Miçiqan Universitetin "Yer və ətraf mühit elmləri" şöbəsinin professoru Natan Niyemi ilə birlikdə "Müasir metod və yanaşmalar vasitəsilə Böyük Qafqazın cənub yamacında mövcud olan seysmik təhlükənin qiymətləndirilməsi" mövzusu üzərində tədqiqat işləri aparıb.

Geologya və Geofizika İnstitutundan Milli.Az-a verilən məlumata görə, elmi axtarışların nəticəsi olaraq hazırda Böyük Qafqazın 3D seysmogeodinamik modelinin hazırlanması nəzərdə tutulur. Bu da öz növbəsində müasir geodezik və seysmik məlumatların istifadəsi nəticəsində tədqiqat ərazisində aktiv deformasiyanın sürəti və lokalizasiyasını, həmçinin  geoloji və termoxronoloji məlumatların istifadəsi nəticəsində uzunmüddətli zaman intervalında Böyük Qafqaz dağ silsiləsinin formalaşma sürətini müəyyən etməyə, seysmik təhlükələrin daha dəqiq qiymətləndirilməsi imkanını yaratmağa və mövcud plitələr tektonikasının paradiqmasına yenidən baxılmasına səbəb olacaq.

Alınmış nəticələr tezliklə elmi ictimaiyyətin müzakirəsinə çıxarılacaq və xarici jurnallara çap materialı şəkilində təqdim olunacaq.

Zərif Nisə
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.