Ölkə

"Maşında bir nəfər sağ qalmışdı..."

6 Aprel 2018 12:14
0 Şərh     Baxış: 2 476
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Ağır Cinayətlər Məhkəməsində  4 nəfərin ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Elturan Fərəcovun məhkəməsi keçirilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Əlövsət Abbasovun icraatında olan prosesdə şahidlər ifadə verib. 

Tahir Səfərov deyib ki, qəza baş verən yerdə öz maşını ilə gedirmiş: "Mən "KamAz"ın arxasıyca gedirdim, aramızda 100 metr məsafə vardı. O maşının arxa işıqları yandı, sonra toz-duman oldu. Maşınımı sağa çəkib düşdüm, qarşıdakı " KamAz"ın qoşqusuna başqa bir maşın toqquşmuşdu. Maşında bir nəfər sağ qalmışdı, onu çıxardıq, sonra polisə məlumat verdik". 

Hadisə 2017-ci ilin iyul ayının 13-də gecə saatlarında Ələt-Astara magistralında baş verib.

Rusiyaya gedən "Mercedes" markalı mikroavtobus "KamAZ" markalı qoşqulu yük maşınına çırpılıb.

Qəza nəticəsində "Mercedes" markalı maşının sərnişinlərindən 4 nəfəri dünyasını dəyişib.

Onlar 1993-cü il təvəllüdlü Əliyev Tuhid Mirzərəhim oğlu, 1982-ci il təvəllüdlü Qəhrəmanov Şahid Əbdülhesüyn oğlu, Rusiya vətəndaşı, 1947-ci il təvəllüdlü Xudaverdiyev Ramiz Ağahüseyn oğlu və 1951-ci il təvəllüdlü Abdullayev Azad İdməli oğludur.
 
Qəzada iki nəfər də yaralanıb. Ölənlərin hamısı Astara rayonunun Səncərədi kənd sakinləridir. Onlar Dağıstana işləməyə gedirmiş.
 
"KamAZ" markalı iki yük avtomobili bir-birinə çırpılıb, onlardan birinin qoşqusu yolu bağlayıb. Bu zaman arxadan yüksək sürətlə gələn "Mercedes" markalı mikroavtobus yolun ortasındakı qoşquya çırpılıb. 

Qəza zamanı yalnız "KamAZ"ın sürücüsü ilə mikroavtobusun sürücüsü Astara rayonun Səncərədi kənd sakini Fərəcov Elturan Qılman oğlu xəsarət almayıb. Elturan Fərəcov həmkəndlilərini pul müqabilində Xasavyurt şəhərinə çatdırmalı imiş.Qəzadan sonra Elturan Fərəcov həbs edilib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.