Ölkə

Metroda daha bir çatışmazlıq aradan qaldırıldı

6 Aprel 2018 11:56
0 Şərh     Baxış: 2 182
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı metrosunun daha dörd stansiyası üçün milli musiqimizin ecazkar parçaları seçilib.

Bakı metropoliteninin stansiyalarına daxil olan qatarlarda səsləndirilən musiqi parçaları artıq bütün yeraltı stansiyalarda səsləndirilir. Məlum olduğu kimi, arasında məkik hərəkət təşkil edilən "Cəfər Cabbarlı" və "Xətai", həmçinin yerüstü "Bakmil", eləcə də Bənövşəyi xəttin "Avtovağzal" və "Memar Əcəmi" stansiyalarında qatarlarda musiqi fraqmentləri səsləndirilmirdi.

Milli.Az xəbər verir ki, artıq bu məsələ həllini tapıb. Yerüstü "Bakmil" stansiyası istisna olmaqla, bütün stansiyalara daxil olan qatarlarda səsləndirilmək üçün milli musiqimizin tanınmış və ecazkar əsərlərindən parçalar seçilib.

Bənövşəyi xəttin "Avtovağzal" stansiyasında dahi bəstəkar Üzeyir Hacıbəylinin "Arazbarı" simfonik muğamından, "Memar Əcəmi" stansiyasında isə Rauf Hacıyevin "Əhməd haradadır" filmində səsləndirilən məşhur "Leyla" mahnısından fraqmentlər qatarlarda səsləndirilir.

"Cəfər Cabbarlı" və "Xətai" stansiyaları üçün Fikrət Əmirovun ölməz əsərlərindən parçalar seçilib. "1001 gecə" baletindən fraqment "Xətai"yə, "Azərbaycan kapriççosu"ndan bir parça isə "Cəfər Cabbarlı"ya daxil olan qatarlarda eşidilir.

Eyni zamanda, dörd stansiyanın hər birində musiqi parçaları ilə yanaşı, Azərbaycan və ingilis dillərində anonslar da səsləndirilir.

Yusif Nəsirli

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.