Ölkə

Bakıda avtomobillərdən oğurluq edənlər tutuldu

6 Aprel 2018 11:10
0 Şərh     Baxış: 972
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən bir neçə şəxs saxlanılıb.

DİN-dən Milli.Az-a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini  N.Məmmədlinin "Chevrolet" markalı avtomobilindən 450 manat pul oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Hüseyn Əliyarov saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan tiryək də aşkar edilib.

Bakı şəhər sakini K.Abbasovanın "Nissan" markalı avtomobilindən 550 manat pul və sənəd oğurlamaqda şübhəli bilinən Mingəçevir şəhər sakini Taliyə Mustafazadə 39-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Avtomobillərdən pul və məişət əşyaları oğurlamaqda şübhəli bilindiyinə görə saxlanılan Bakı şəhər sakini Rəvan Abdullayevin ətrafında Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun N.Ələkbərovanın "Ford" markalı avtomobilindən 300 manat pul və kosmetik əşyalar oğurlaması da müəyyən edilib.

Qeyd olunan faktlarla bağlı araşdırmalar aparılır. 

Pünhan Mirzə

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.