Ölkə

Sumqayıtda "Mercedes" "Kamaz"la toqquşdu - FOTO

5 Aprel 2018 17:05
0 Şərh     Baxış: 1 557
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib.
 
Milli.Az xeberle.com-a istinadən xəbər verir ki, hadisə şəhərin "Daş bazarı" adlanan ərazisində qeydə alınıb. Belə ki, qum daşıyan 20 CC 562 dövlət nömrə nişanlı "Kamaz" markalı yük avtomobili onunla eyni istiqamətdə hərəkətdə olan "Mercedes" markalı 90 OC 510 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub.

Şahidlərin sözlərinə görə, hadisə "Mercedes" markalı avtomobilin ötmə əməliyyatını düzgün yerinə yetirmədiyinə görə baş verib. Sağdan keçməyə çalışan minik avtomobili nəticədə yük maşınının altında qalıb.
Hadisə yerinə Sumqayıt şəhər DYPŞ-nin əməkdaşları cəlb olunub.

Qəza zamanı ölən və ya xəsarət alan olmasa da, hər iki maşına ciddi ziyan dəyib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.