Ölkə

Azərbaycanda bağlanmış banklara məxsus 15 avtomobil hərracda satıldı

5 Aprel 2018 15:49
0 Şərh     Baxış: 1 475
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) Respublika Xammal və Əmtəə Birjası vasitəsilə martın 27-də və aprelin 3-də ləğv prosesində olan bir sıra bankların balansındakı əmlakların satışı üzrə açıq hərrac keçirib. 

Milli.Az report-a istinadən xəbər verir ki, hərracın nəticələrinə əsasən, "Bank Standard" QSC-nin balansındakı 1 ədəd "Toyota Avalon", 5 ədəd "Toyota Corolla", 2 ədəd "Mitsubishi Lancer", 4 ədəd "Hyundai Accent", 1 ədəd "Daewoo Nexia", 1 ədəd "Jeep Grand Cherokee" minik avtomobilləri və 2 ədəd bankomat hərracda satılıb. 

Bundan başqa, "Kredobank" ASC-nin balansındakı qeyri-yaşayış sahəsi, 1 ədəd "Lexus LS460" avtomobili və "Texnikabank" ASC-nin balansındakı 1 ədəd "QAZ-3302-18" yük avtomobili sahibini tapıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.