Ölkə

Bakıda fotostudiyanı yardılar - 35000 manatlıq avadanlıq oğurlandı - FOTO

4 Aprel 2018 14:44
0 Şərh     Baxış: 1 199
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda fotostudiyadan 35000 manatlıq avadanlıq oğurlayan şəxslər saxlanılıb.

DİN-dən Milli.Az-a verilən məlumata görə, Bakının Nərimanov rayonunda yerləşən paytaxt sakini Cavid Səfərova məxsus fotostudiyadan oğurluq edilib. Obyektin qapısını sındıran naməlum şəxslər oradan ümumi dəyəri 35000 manat olan avadanlıqları oğurlayıblar.

Məlumat daxil olan kimi Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Şöbəsi əməkdaşlarının "isti" izlərlə həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 3 nəfər, Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Elmir Qasımov, Göygöl rayon sakini, əvvəllər məhkum olunmuş Maşallah Qurbanov və Astara rayon sakini Ceyhun Əlizadə saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, obyektə dəstə üzvü C.Əlizadə və E.Qasımov daxil olub.

Hadisə zamanı M.Qurbanov isə fotostudiyadan bir qədər kənarda dayanaraq gəlib-gedən barədə digər dəstə üzvlərinə məlumat verməli imiş.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Şöbədə toplanan material araşdırılması üçün Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.
 

Pünhan Mirzə

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.