Ölkə

Xalq Cümhuriyyətin 100 illiyi ilə bağlı beynəlxalq konfrans olacaq

4 Aprel 2018 13:21
0 Şərh     Baxış: 1 483
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyunun 27-dən 30-dək Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu, Türkiyənin Atatürk Araşdırma Mərkəzi və Türkiyənin Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə "Azərbaycan Xalq Cümhuriyyəti: Azərbaycanın dövlətçilik tarixinin parlaq səhifəsi" mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

Tarix İnstitutundan verilən məlumata görə, elmi konfrans Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub.

Konfransda iştirak etmək arzusunda olanlar bu il mayın 10-dək 8-10 səhifə həcmindəki məqalələri elektron variantda [email protected] e-poçt ünvanına göndərməlidirlər.

Məqalələr kodlaşdırılmalı (Azərbaycan, rus və ingilis dillərində açar sözlər, rus və ingilis dillərində xülasələrlə birlikdə) və Təşkilat Komitəsinə göndərilməlidir.

Məqalənin mətni Microsoft Word 2007-2010-da Times New Roman şrifti ilə yığılmalıdır. Şriftin ölçüsü 14, sətirlərarası interval 1,5 olmalıdır. Sol tərəfdən məsafə 3 sm, sağdan 1 sm, yuxarı və aşağıdan isə 2 sm olmalıdır. Məqalələrin adının üstündə sağda müəllifin adı və soyadı, altında isə çalışdığı müəssisənin, təşkilatın və şəhərin adı, elmi dərəcəsi və elmi adı qeyd olunmalıdır.

Konfransa ölkə xaricindən qatılan mütəxəssislərin yol xərci öz hesablarınadır. Mehmanxana və qonaqlama xərcləri isə dəvət edən təşkilat tərəfindən ödəniləcək.

Daha ətraflı məlumatı AMEA-nın əsas binasının 6-cı mərtəbəsində, Tarix İnstitutundakı Təşkilat Komitəsindən, yaxud da +994125393615 və +994125393619 nömrəli telefonlar vasitəsilə əldə etmək olar.

Yusif Nəsirli

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.