Ölkə

İtkin düşən şəxs meşədə asılmış vəziyyətdə tapıldı

2 Aprel 2018 16:42
1 Şərh     Baxış: 1 685
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Oğuzda iki həftədən çoxdur itkin düşən şəxsin meyiti meşədə ağacdan asılı vəziyyətdə tapılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu gün saat 11 radələrində rayonun Xaçmaz kənd sakini, 1994-cü il təvəllüdlü Qoxmaz Qurbanəli oğlu İsmayılovun meyiti yaşadığı kəndin inzibati ərazisində, Qala çayın sahilində meşəlik-kolluq ərazidə atası tərəfindən ağacdan asılı vəziyyətdə aşkar edilib.

Son vaxtlar əsəb xəstəliyindən əziyyət çəkən 24 yaşlı Qorxmaz İsmayılovun intihar etdiyi məlum olub.

Məlumatda bildirilir ki, Qorxmaz İsmayılov martın əvvəllərində naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb. Qorxmaz İsmayılovun anası itkin düşən oğlunu tapmaq üçün Xəzət TV-də yayımlanan "Səni axtarıram" verilişinə də müraciət edib.

Faktla bağlı Oğuz rayon Prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.