Ölkə

Elə bilirdi Goranboyda bank kartını oğurlayıb pulu Xaçmazda çıxarsa, tutulmayacaq

29 Mart 2018 13:50
0 Şərh     Baxış: 1 543
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

DİN-dən Milli.Az-a verilən məlumata görə, Şəmkir rayon sakini Hüseyn Alıyev Kəpəz Rayon Polis İdarəsinə müraciət edərək Dəliməmmədli Dəmir Yolu Stansiyası ərazisində cibindən bankomat kartının oğurlandığını və Xaçmaz rayonu ərazisində həmin kartdakı hesabından 405 manat pulun çıxarıldığını bildirib. 

Polis əməkdaşları tərəfindən müvafiq əməliyyat tədbirləri həyata keçirilib. Oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun Samux rayon sakini İbrahim Məmmədov olduğu müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Pünhan Mirzə

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.