Ölkə

Bakıda yeni yaradılan polis şöbələrinə rəis təyinatları olub - SİYAHI

19 Mart 2018 15:16
1 Şərh     Baxış: 7 145
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda yeni yaradılan polis şöbələrinin bəzilərinə rəis təyinatları olub.

Milli.Az report-a istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 12-ci Polis Şöbəsinə (PŞ) polis polkovnik-leytenantı Elşən Tağıyev, Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə polis polkovnik-leytenantı Samir Həsənov, Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə polis polkovnik-leytenantı Zaur Əliyev, Nizami Rayon RPİ-nin 25-ci Polis Şöbəsinə polis polkovnik-leytenantı Elmir Hüseynov və Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinə polis mayoru Elnur Əliyev rəis təyin ediliblər.

Qeyd edək ki, Bakının yeddi polis bölməsinə şöbə statusu verilib. Polis şöbələrində şəxsi heyətin sayı polis bölmələrindəki şəxsi heyətdən daha çox olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.