Ölkə

Sabunçuda ev yandı

19 Mart 2018 13:44
0 Şərh     Baxış: 632
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Sabunçu rayonunun Ramana-450 qəsəbəsində (Şuşa şəhərciyi) yanğın olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, iki otaqlı ev tamamilə yanıb.

Yanğın zamanı xəsarət alan olmayıb.

Fövqəladə Hallar Nazirliyi də yanğın barədə məlumat yayıb. Məlumatda bildirilir ki, Sabunçu rayonunda ümumi sahəsi 70 m2 olan birmərtəbəli, iki otaqlı evin yanar konstruksiyaları və dam örtüyü yanıb.

Yaxınlıqdakı evlər yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.