Ölkə

Lənkəranda avtomobil qəzası: 2 qadın xəsarət aldı

19 Mart 2018 10:06
0 Şərh     Baxış: 1 000
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lənkəranda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, rayonun Bürcəli kəndi ərazisində "VAZ 2108" markalı avtomobillə "Hyundai" markalı avtomobil toqquşub.

Qəzada Astara rayon sakinləri xəsarət alıb.

Bunlar Çayoba kənd sakini, 1977-ci il təvəllüdlü, Sevinc Seyidağa qızı Səfərova və Telman kənd sakini, 1957-ci il təvəllüdlü, Nərminə Barat qızı Rəhmətovadır.

Xəsarət alanlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onlara ilkin tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.