Ölkə

Bakıda kütləvi dava: Bıçaqlanan var

19 Mart 2018 09:20
1 Şərh     Baxış: 4 524
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yasamal rayonunda iaşə obyektində dava zamanı bir nəfər xəsarət alıb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə İzmir küçəsində baş verib.

Həmin küçədə yerləşən "Solfeggio Lounge & Club"da əlbəyaxa dava olub.

Gecə saatlarında 1991-ci il təvəllüdlü Rəhimov Tərlan Aydın oğlu naməlum şəxslərlə əlbəyaxa dava edib. Naməlum şəxslərdən biri ona bir neçə bıçaq zərbəsi endirib. Yaralı təcili yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.