Ölkə

76 yaşlı kişinin ölümünə səbəb olan sürücü saxlanıldı

17 Mart 2018 09:57
0 Şərh     Baxış: 772
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gəncə şəhərində 76 yaşlı kişini avtomobillə vuraraq öldürən sürücü saxlanılıb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində baş verib. 

Daşkəsən rayon sakini, 1993-cü il təvəllüdlü Ruzi Qafar oğlu Bayramov idarə etdiyi " VAZ -2106" markalı avtomobillə Gəncə şəhər sakini Knyaz Bayramovu vurub. Sürücü onu xəstəxanaya apararkən yolda dünyasını dəyişib. 

Hadisəni törədən R.Bayramov saxlanılıb. 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.