Ölkə

Millimizin xanım futbolçusu özünü güllələdi - YENİLƏNİB - VİDEO - FOTO

17 Mart 2018 12:38
10 Şərh     Baxış: 11 663
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

12:38

Xəbər verdiyimiz kimi, Şəkidə XI sinif şagirdi Firəngiz Qaliz qızı Əzizova özünü ov tüfəngi ilə güllələyib.

Milli.Az bildirir ki, yenicag.az-ın əldə etdiyi məlumata görə, əməliyyat olunan məktəbli hazırda reanimasiya şöbəsinə yerləşdirilib.

Yaxınlarının sayta verdiyi məlumata görə, özünə qarın nahiyəsindən atəş açan Fəridə futbol üzrə Azərbaycan millisinin üzvü olub. Qapıçı mövqeyində çıxış edən Əzizova bir müddət əvvəl təlim-məşq toplanışı üçün Bakıya yollanıb. Bayramla əlaqədar evinə qayıdan 17 yaşlı qız bayram tətilindən sonra millimizlə birlikdə Fransaya yollanmalı idi.

Lakin sayta açıqlama verən AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Firuz Abdulla Fəridənin cəmi bir dəfə yığmanın toplanışında olduğunu bildirib: "Fəridə Əzizova millinin toplanışında fevral ayında olub. Rəsmi turnir və oyunlarda çıxış etməyib. U-17 qızlar hazırda Bakıda, U-19 qızlar isə Kiyevdə toplanışdadır, heç birinin heyətinə dəvət olunmayıb. Qadın futbolunun rəhbəri Nəriman Axundov Fəridənin atası ilə əlaqə saxlayıb. Atası bildirib ki, qızı təsadüf nəticəsində özünə atəş açıb.

Qeyd edək ki, faktla bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.

-----------

11:13

Şəkidə 17 yaşlı qız ehtiyatsızlıqdan özünü güllələyib.

Milli.Az ARB Şəki-yə istinadla xəbər verir ki, hadisə rayonun Şorsu kəndində qeydə alınıb.

Yaşadığı evdə ov tüfəngindən ehtiyatsız davranan kənd sakini 2001-ci il təvəllüdlü Əzizova Firəngiz Qalib qızı özünə atəş açıb. Döş qəfəsi nahiyəsindən güllə yarası alan Əzizova Firəngiz valideynləri tərəfindən dərhal Şəki Rayon Mərkəzi xəstəxanasına çatdırılıb. Cərrahiyyə şöbəsinə yerləşdirilən Firəngiz Əzizova əməliyyat olunub, vəziyyəti ağır qiymətləndirilir.

Firəngiz Əzizova Şəkinin qızlardan ibarət "Gənclik" futbol klubunun qapıçısıdır. O, mütəmadi olaraq Azərbaycan Milli komandasına dəvət alıb.

--------

09:35

Şəkidə 11-ci sinif şagirdi özünü güllələyib

Milli.Az APA-ya itsinadən xəbər verir ki, martın 16-dan 17-ə keçən gecə rayonun Şorsu kənd sakini, 2001-ci il təvəllüdlü Firəngiz Qalib qızı Əzizova döş qəfəsinin və qarın boşluğunun dəlib-keçən güllə yaraları xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

MRX-dan verilən məlumata görə, müayinə zamanı 17 yaşlı Firəngiz Əzizovanın hələlik bilinməyən səbəbdən yaşadığı ünvanda atasına məxsus ov tüfəngi ilə özünü güllələdiyi məlum olub.

Firəngiz Əzizovanın üzərində təcilli cərrahiyə əməliyyatı keçirilib,  hazırda müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır, vəziyyəti ağır qiymətləndirilir. Firəngiz Əzizovanın 11-ci sinif şagirdi olduğu bildirilir.

Faktla bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Azərbaycanda məktəbli qız özünü güllələdi

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.