Ölkə

Girov götürdüyü şəxsi öldürən mütəşəkkil dəstənin üzvü beynəlxalq axtarışa verildi

16 Mart 2018 15:56
0 Şərh     Baxış: 1 343
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan ağır cinayətlərdə təqsirləndirilən şəxsi beynəlxalq axtarışa verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunur ki, 1986-cı il təvəllüdlü Ramin Həsənov Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs və ya qabaqcadan əlbir olan bir qrup dəstə tərfindən adam öldürmə), 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülmə ilə bağlı adam öldürmə) maddələri ilə təqsirli bilinir.

R. Həsənov Azərbaycandan qaçdığı üçün barəsində dövlətlərarası axtarış elan olunub və tutulması üçün İnterpola müraciət edilib.

Hazırda onun yerinin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.