Ölkə

Xalq artisti intihar edən musiqiçisindən danışdı: "Maddi problemləri varmış"

15 Mart 2018 15:47
3 Şərh     Baxış: 3 815
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pircanı 1993-cü ildən tanıyıram, tələbə yoldaşı olmuşuq. Həmçinin son 15 ildə musiqiçim olub. Yaxşı insan və gözəl musiqiçiydi.

Milli.Az xəbər verir ki, bu fikirləri ölkə.az-a açıqlamasında xalq artisti Gülyanaq Məmmədova ötən gün intihar etmiş tanınmış musiqiçi Pircan Həsənovla bağlı danışarkən səsləndirib. Xalq artisti bildirib ki, musiqiçinin maddi problemlərə görə intihar etməsi barədə eşidib:

"Vəfatına çox üzüldüm. Eşitdiyimə görə maddi problemləri varmış. Amma dəqiq olub-olmadığını deyə bilmərəm. Hazırda atamın cümə axşamı mərasimi olduğu üçün hələ Pircanın hüzr mərasimində iştirak etməmişəm".

Qeyd edək ki,  1975-ci il təvəllüdlü Həsənov Fircan Nurməmməd iki gün öncə 1 saylı şəhər xəstəxanasının Toksikologiya şöbəsinə sirkə turşusu zəhərlənməsi ilə daxil olub. 
Müayinələr zamanı məlum olub ki, F.Həsənov intihar etmək məqsədi ilə sirkə turşusu içib. Həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. 

Faktla bağlı Yasamal rayon prokuroluğunda cinayət məcəlləsinin 125-ci (ölüm həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Hazırda  43 yaşlı kişinin intihar etməsinin səbəbləri araşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.