Ölkə

Zaur Səidəni studiyada qovdu - Canlı yayımda BİABIRÇILIQ - VİDEO

15 Mart 2018 10:17
35 Şərh     Baxış: 35 015
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünən "5/5"-in efiri ilginc olaya səhnə olub.

Milli.Az xəbər verir ki, aparıcı Zaur verilişində qonaq olan bir oriental rəqqasənin özü ilə rəqs üçün studiyaya gətirdiyi ilanı qoluna sarıdıb.

Sonra tamaşaçılara doğru yaxınlaşan aparıcı studiyada azyaşlıların olduğunu nəzərə almayıb. Ardınca ilandan qorxduğunu bildiyi operatora yaxınlaşan Zaur onun həmin yerdən uzaqlaşmasına səbəb olub.

Aparıcı bununla da kifayətlənməyib. Belə ki, Zaur Kamal ilanla qonağı olan müğənni Səidə Sultanın üzərinə doğru irəliləyib. Səidə qorxusundan qışqıraraq studiyanı tərk edib. Müğənninin arxasınca gedən Zaur onun studiyadan çıxdığını deyib. Səidə bir neçə dəqiqədən sonra yenidən qayıdıb.

Qeyd edək ki, bütün bunlar canlı yayımda yaşanıb.

Verilişdən həmin kadrları təqdim edirik:

Məhəmməd Vaqif

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Zaur Səidəni studiyadan qovdu - Canlı yayımda BİABIRÇILIQ

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.