Ölkə

Əvvəllər məhkum olunmuş şəxslərdən heroin və marixuana tapıldı

14 Mart 2018 18:07
0 Şərh     Baxış: 1 036
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı şəhər sakini A.Əkbərovdan heroin götürülüb.

DİN-dən Milli.Az-a verilən məlumata görə, Nəsimi RPİ 22-ci PB-nin əməkdaşları tərəfindən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Arzu Əkbərovdan 605 qram heroin götürülüb.

Sumqayıt şəhər sakini A.Allahverdiyevdən isə marixuana götürülüb.

Belə ki, Sumqayıt ŞPİ 1-ci PB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Arzu Allahverdiyevdə 480 qram marixuana aşkarlanıb.

Biləsuvarda isə şəhər sakini Ə.Ağayevdə marixuana və heroin aşkarlanıb.

Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən Biləsuvar şəhər sakini, əvvəllər məhkum olunmuş Ənvər Ağayevdən 480 qram marixuana və 0,313 qram heroin götürülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.