Ölkə

Qadını şantaj edən Hövsan sakini tutuldu

14 Mart 2018 17:51
0 Şərh     Baxış: 911

Bakı şəhər sakini Y.Zalov paytaxt sakini olan qadından barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib 500 manat alarkən saxlanılıb.

DİN-dən Milli.Az-a verilən məlumata görə, Bakı şəhər sakini Yaqub Zalov paytaxt sakini Z.Vəliyeva (ad- soyad şərtidir) barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib ondan 5100 manat alıb.

Martın 12-də Suraxanı rayonunun Hovsan qəsəbəsində Y.Zalov yenidən həmin qadını hədələyib 500 manat alarkən Bakı şəhər BPİ-nin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.