Ölkə

CDMA operatorunun abunəçiləri şəbəkəsiz qalıb - SƏBƏB

14 Mart 2018 16:50
0 Şərh     Baxış: 365

"Aztrank" rabitə operatorunun şəbəkəsində yaranmış qüsur CDMA standartında işləyən telefonların şəbəkədən ayrılmasına səbəb olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, simsiz şəbəkənin abunəçiləri zəng etmək və zəngləri qəbul etmək imkanından məhrum olub.

Qeyd olunur ki, problem operatorun kanalının sönməsi nəticəsində yaranıb:

"Şəbəkənin işinin nə zaman bərpa olunacağı məlum deyil, amma zənglərin şəbəkə daxilində edilməsi artıq mümkündür. Hələlik digər operatorlara zəng etmək mümkün deyil".

Bir müddət əvvəl şirkətdən verilən məlumata görə, "Aztrank" bu il öz fəaliyyətini dayandıra bilər. Bu məsələ ilə bağlı yekun qərar şirkətin səhmdarları tərəfindən qəbul olunacaq.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.