Ölkə

Bakıda mal-qara daşıyan avtomobil aşdı - YENİLƏNİB - VİDEO - FOTO

14 Mart 2018 17:21
1 Şərh     Baxış: 2 282
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 17:21

Bakıda iribuynuzlu heyvanla dolu yük avtomobili aşıb.

Milli.Az-ın report-a istinadən xəbərinə görə, hadisə Bakı-Sumqayıt şosesinin Biləcəri qəsəbəsinin ərazisinə düşən hissəsində baş verib.

99-JH-641 dövlət qeydiyyat nişanlı "Mercedes Actros" markalı yük avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yolayrıcı dəmir çəpərə çırpılaraq aşıb. Avtomobilin içərisində olan iribuynuzlu heyvanlar yol kənarına tökülüb. Bir heyvan tələf olub. Yolda sıxlıq yaranıb.

Faktla bağlı əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib.

----------
16:48

Bakıda yük avtomobili aşıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı Dairəvi Yolunda qeydə alınıb. İribuynuzlu mal-qara daşıyan "Mercedes" markalı yük maşını idarəetməni itirərək aşıb. Nəticədə yük maşınında olan mal-qara yola dağılıb.

İlkin məlumata görə, qəzaya yük avtomobilinin dönmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəb olub.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bakıda mal-qara daşıyan avtomobil aşdı

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.