Ölkə

"Speak Like Ali" layihəsinin açılışı olub

14 Mart 2018 14:56
Baxış: 550

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Sabunçu rayon Asudə Vaxt Mərkəzində "Speak Like Ali" layihəsinin ilk rəsmi filialının açılışı olub.

Kursun əsas prioritet məqsədi əhalinin, xüsusən də gənc nəslin ingilis dilində sərbəst danışığa və gözəl nitqə yiyələnməsidir. "Speak like Ali" kurslarında təhsil almaq istəyən hər bir şəxs üçün tədris proqramı xüsusi olaraq tərtib edilir. Məşğələlər istəkdən asılı olaraq həm qrup, həm də fərdi şəkildə keçirilir.

Açılışda  Baş İdarənin Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin direktoru Hacı Əliyev, Sabunçu rayon Asudə vaxt Mərkəzinin direktoru Mehriban Bayramova,  H.Abbasov adına Mədəniyyət evinin direktoru Tofiq Dadaşov və başqaları iştirak ediblər.

Təqdimatı kursun rəhbəri Quliyev Əliseyfəl açaraq iştirakçılara layihə haqqında ətraflı məlumat verib. Sonra "Speak like Ali" kursunun tələbələri çıxış ediblər. 

Qeyd edək ki, H.Abbasov adına Mədəniyyət evində start götürən "Speak like Ali" layihəsi böyük maraqla qarşılanıb və yaxın zamanlarda Bakı şəhərinin bütün mədəniyyət  müəssisələrində  filiallarının açılışı nəzərdə tutulub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.