Ölkə

Azərbaycan Ordusunun genişmiqyaslı təlimlərində Novruz tonqalı - FOTO - VİDEO

14 Mart 2018 13:27
14 Şərh     Baxış: 1 709

Müdafiə Nazirliyinin rəhbərliyi Yel çərşənbəsini təlimlərdə iştirak edən şəxsi heyətlə keçirib.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Yel çərşənbəsini təlimlərdə iştirak edən hərbi qulluqçularla birgə keçirib.

Milli-mənəvi dəyərlərimizin qədim ənənələrindən olan Novruz bayramı ərəfəsində şəxsi heyətlə görüşən Müdafiə naziri bayram şənliyində iştirak edib, tonqal ətrafında toplaşan əsgər və zabitlərlə söhbət edib.

Görüşdə döyüş hazırlığının, sosial-məişət şəraitinin, mənəvi-psixoloji vəziyyətin və döyüş ruhunun yüksək olduğunu xüsusi qeyd edən hərbi qulluqçular ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi məqsədilə Ali Baş Komandanın döyüş əmrinə hazır olduqlarını bildirblər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən martın 12-dən müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrin iştirakı ilə genişmiqyaslı təlimlər başlayıb.

Təlimlərə 25.000 nəfərədək şəxsi heyət, 250-dək tank və digər zirehli texnika, 1000-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 50-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub.

Təlimlər martın 17-dək davam edəcək.

Zabit Əsgərov
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Müdafiə Nazirliyinin rəhbərliyi Yel çərşənbəsini təlimlərdə iştirak edən şəxsi heyətlə keçirib

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

14 Şərh:

  • Anonim
    .... · 14 Mart 13:4480

    Allah sizi qorusun.......

    Cavab yaz
  • Anonim
    hn · 14 Mart 13:4970

    YAŞASIN AZƏRBAYCAN ƏSGƏRİ

    Cavab yaz
  • Anonim
    Veten · 14 Mart 13:5080

    Allah sizi qorusun!!!!Amin!!!!

    Cavab yaz
    • Anonim
      Nizi · 14 Mart 14:0070

      Yashasin Azerbaycan ordusu.InshAllah yaxinlarda muharibe edib torpaqlarimizi azad ederik. Bayraminiz mubarek.

      Cavab yaz
  • Anonim
    Roya · 14 Mart 13:5660

    Allah sizi qorusun.Tez bir zamanda bayram tonqalini Susada,Lacinda alovlandirasiniz insallah.

    Cavab yaz
  • Anonim
    anar qafarov · 14 Mart 14:0860

    allah sizleri qorusun azerbaycan esgeri hemise sizinleyik.

    Cavab yaz
  • Anonim
    ? · 14 Mart 14:2150

    Allah köməyiniz olsun. Allah sizləri qorusun.

    Cavab yaz
  • Anonim
    Qarabaq · 14 Mart 14:2550

    Allah var etsin!Sesiniz Qarabağdan,Zəngəzurdan,Göycədən gəlsin,İnşallah!

    Cavab yaz
  • Anonim
    Ana. · 14 Mart 14:3050

    Sizi yaradan uca Allaha da qurban olum size de qurban olum .Tezlikle qelebe sevincinde birlikde qeyd edek canim evladlarim Bayraminiz mubarek olsun nece bele bayramlarda gorusek.Sevinciniz hec zaman uzunuzden esgik olmasin.

    Cavab yaz
  • Anonim
    Radar · 14 Mart 14:3150

    Allah sizi qorusun, qardaşlarım !!!

    Cavab yaz
  • Anonim
    */* · 14 Mart 16:3930

    Merd,vetenperver esgerlerimizi Allah oz amaninda saxlasin,canlari sag,omurleri uzun olsun, turk esgerlerimizin de hemcinin.

    Cavab yaz
  • Anonim
    yerazik · 14 Mart 16:4320

    allah esgerlerimizi qorsun insallah sag salamat qayitsinlar bayramlari mubarek olsun

    Cavab yaz
  • Anonim
    yerazik · 14 Mart 16:4430

    cenab nazir zakir hesenov ana sudu sene halal olsun esglerimizi tek qoymur

    Cavab yaz
  • Anonim
    Vətənpərvər · 14 Mart 21:0610

    Təbriklər super

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.