Ölkə

"Bizi ermənifobiyada ittiham edirlər"

14 Mart 2018 11:54
Baxış: 685
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün bəzi qüvvələr Tarix İnstitutunun fəaliyyətini kölgə altına salırlar. Sosial şəbəkələrdə yazırlar ki, Tarix İnstitutu yalnız soyqırımları araşdırmaqla məşğuldur. Bizə qara yaxanlar Tarix İnstitutunu ermənifobiyada ittiham edirlər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov 1918-ci il - azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr olunan elmi-praktiki konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu ittihamları səsləndirənlər ölkə daxilindəki bəzi qüvvələrdir.

Y.Mahmudov qeyd edib ki, ötən müddət ərzində Tarix İnstitutu 412 kitab dərc edib. Onların yalnız 12-si soyqırımı ilə bağlıdır:

"Bizi tənqid edənlər bəlkə bu kitabları oxusalar, düşüncələrini dəyişərlər. Biz tarixçilərə qarşı yürüş təşkil etməyin, bizə qarşı onsuz da səlib yürüşü var".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.