Ölkə

Yaqub Mahmudov: "Beynəlxalq hüquq yoxdur, beynəlxalq güc var"

14 Mart 2018 11:43
2 Şərh     Baxış: 616
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əslində, bütün dünya, böyük dövlətlərin başçıları, siyasət aləmi azərbaycanlılara qarşı soyqırımın törədildiyini bilir. Lakin Qərbin bəzi dairələri Azərbaycan həqiqətlərini eşitmək və görmək istəmir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov 1918-ci il - Azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr olunan elmi-praktiki konfransda çıxışı zamanı deyib.

O qeyd edib ki, terror təşkilatlarını böyük dövlətlər yaradır: "Düşünürəm ki, tarixdən, tarixi hadisələrdən, o cümlədən Xocalı soyqırımından ibrət dərsi almaq lazımdır. 24 ildir ki, BMT-nin qəbul etdiyi 4 qətnamə yerinə yetirilmir. Beynəlxalq hüquq yoxdur, beynəlxalq güc var. Gəlin, tariximizə sahib çıxaq, birləşək və güclənək".

Y.Mahmudov əlavə edib ki, bu gün konfliktlərin hamısı türk-islam coğrafiyasında baş verir: "Terrorun İslamla əlaqələndirilməsinin əleyhinəyik. Azərbaycan və Türkiyənin terror təşkilatı yoxdur, amma ermənilərin yüzlərlə terror təşkilatı var. Soyqırımlar, terror xaç yürüşləri zamanı Avropadan başlayıb. Böyük coğrafi kəşflər zamanı Avropadan yeridilən siyasət nəticəsində Amerika və Asiyanın qədim xalqları məhv edilib və dünyanın bir çox xalqları yer üzündən silinib. İki Dünya müharibəsi Avropadan başlayıb. Avropa faşizmin vətənidir, ilk faşist rejimləri orada yaradılıb, antisemitizmin vətəni Avropadır və bu gün də İslama qarşı bütün hərəkatlar Avropadan başlayır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.