Ölkə

2 nəfərə məxsus 80 min manatlıq əmlak hərraca çıxarıldı - Vergi borcuna görə

14 Mart 2018 09:26
2 Şərh     Baxış: 815

Vergilər Nazirliyi vergi borcuna görə Bakı şəhərində vergi ödəyicisinə məxsus bağ evi hərraca çıxarıb.

Milli.Az xəbər verir ki, nazirlikdən APA-ya verilən məlumata görə, vergi ödəyicisi Hüseyn Bayramova məxsus Şirvan şəhəri, Xəqani küçəsində yerləşən 367 nömrəli bağ evinə 41 min manat qiymət qoyulub. Əmlak satılmadığından qiyməti 20% aşağı salınaraq 40,980 min manata endirilib.

Hərracda iştirak etmək istəyənlər əmlaklara görə 4098 manat beh verməlidir.

Bundan başqa, Şirvan şəhərində Əlirza Kərimova məxsus iki qeyri-yaşayış binası da hərraca çıxarılıb. Əmlaklara 45 min və 20 min manat qiymət qoyulub. Satılmadığından qeyri-yaşayış binalarının qiyməti 40% aşağı salınaraq müvafiq olaraq 27 min və 12 min manatadək endirilib. Hərracda iştirak etmək istəyənlər hər əmlaka görə müvafiq olaraq  2700 və 1200 manat beh verməlidir.

Sosial səhifələrdə paylaş

Milli.Az 

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    ded183 · 14 Mart 09:3110

    Ağlınıza gələni yazırsız ey! Məgər 41000 manatdan 20% çıxanda 40980 manat qalır?

    Cavab yaz
  • Anonim
    Standart · 14 Mart 10:1500

    Eyni reqemleri radyoda deyir. Hec olmasa kalkilyatorla hesablayin

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.