Ölkə

Tovuzda ana və yeni doğulmuş körpəsi öldü - YENİLƏNİB

14 Mart 2018 11:34
19 Şərh     Baxış: 3 621

11:34

Tovuzda baş verən ana və körpə ölümünün ilkin səbəbləri məlum olub.

Milli.Az bildirir ki, Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, respublikanın baş mama-ginekoloqu Sevinc Məmmədova report-a açıqlamasında deyib ki, Cəlilabad rayon sakini, 1997-ci il təvəllüdlü Dadaşova Aytən İlqar qızının körpəsi ana bətnində ölü olub.

O qeyd edib ki, anada vaxtı çatmış hamiləlik olub: "Qadın xəstəxanaya daxil olan kimi rahat və sərbəst şəkildə ölü döl bətindən azad olunub. Prosesdən sonra ana bütün müayinələrdən keçib. Müayinələrdə doğum yolları ilə bağlı problem olmayıb. 10 saatdan sonra ananın vəziyyəti qəflətən pisləşib. Ona lazımi reanimasyon tədbirlər göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Bir həftəyə meyitlə bağlı analizlərin cavabı məlum olacaq. Yalnız bundan sonra ananın dəqiq ölüm səbəbi müəyyənləşəcək".  

---------
09:16

Tovuzda ana və uşaq ölümü baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Ağstafaya qohumları evinə qonaq gələn Cəlilabad rayon sakini, 1997-ci il təvəllüdlü Dadaşova Aytən İlqar qızı doğuş sancısı başladığı üçün Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Uşaq dünyaya gələn zaman ölüb. Ananın vəziyyəti isə bir müddətdən sonra pisləşib. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb. Bu, A. Dadaşovanın ilk hamiləliyi olub.

Faktla bağlı araşdırma aparılır. 

Milli.Az

loading...

Şərh yaz:

19 Şərh:

  • Anonim
    suzan · 14 Mart 09:25100

    her il azerbaycanda doğuş vaxtı nə qədər ana ölür.allah rehmet eləsin.

    Cavab yaz
  • Anonim
    Yağmur-S · 14 Mart 09:33150

    Yeqin yenede savadsız hekimlerin seyi neticesinde ölüb.heyf genc yaşından ....Allah ailesine sebr versin,Allah heç kimi övladıyla sınağa çekmesin.amin

    Cavab yaz
  • Anonim
    $.$.$. · 14 Mart 09:36140

    Metrodayam. dərsə gedirəm . hamilə bir xanımın vəfatı haqqqında oxudum və kədərləndim. qarşı tərəfdə bir hamilə gəlin ayaq ustə durub boynuyoqun oqlanlar da əyləşiblər. biri durub bu hamilə xanıma yer vermir.lap cinnəndim .duşməsəydim inanın əlimdəki əl cantamı hirsimdən kiminsə başına cırpacaqdım.

    Cavab yaz
    • Anonim
      fira · 14 Mart 09:5250

      butun bu hadiselerin 90 faizi savadsiz hekimleŕe gore olur.onlar insan taleyi ile oynayirlar.allah valideyinlerine sebr versin.geline de rehmet elesin.

      Cavab yaz
    • Anonim
      mn · 14 Mart 10:0141

      əqər oturmuşdunuzsa Siz yer verərdiz.yox əgər ayaq üstə idiz isə "hamilə xanıma yer verin" deyərdiz. mən şəxsən həmişə belə edirəm və nəticəsi də olur

      Cavab yaz
      • Anonim
        $.$.$. · 14 Mart 10:3950

        mn Xeyr ayaq ustə idim .əyləşmiş olsaydım həmən yerimi xanıma verərdim.

        Cavab yaz
        • Anonim
          kl · 14 Mart 13:5110

          demək ki insanlıq ölməyib. TŞK

          Cavab yaz
  • Anonim
    $.$.$. · 14 Mart 09:4060

    Allah rəhmət etsin bu gənc ana və mələk balaya!

    Cavab yaz
  • Anonim
    nn · 14 Mart 09:5450

    Bizim həkimlərin əlindən diplomları alınmalıdır, həkimlik peşəsindən məhrum olunmalıdırlar. Deyəcəklər ana da problem olub, özlərini təmizliyə çıxaracaqlar.

    Cavab yaz
  • Anonim
    Yeraz · 14 Mart 09:5650

    Basniz batsin . Indi hakimlarin coxu qoyundu . Ancaq pul pul . Pulun dasi basiniza .,1 ay bundan qabaq bir muallima gedin ki basim aqriyir . Diyiblar xarcang .,Hamin gunun sahari getdi Turkuyaya. San dema basi miqrin imis . Indi bular hakimdi ??

    Cavab yaz
  • Anonim
    AA · 14 Mart 10:1260

    SSS- hamilə qadın küçədən gedəndə kənara çəkilib yol verməlisən nə inki maşında mən hamilə görəndə allah səni bu dar paltardan sağlıqla qurtarsın deyirəm ürəyimdə and olsun o bir allaha

    Cavab yaz
    • Anonim
      $.$.$. · 14 Mart 10:4450

      Allah razı olsun Sizdən! bizi dunyaya gətirən analardır. qorumalıyıq onları hörmət etməliyik. borcumuzdur hörmət etmək. həkimlərimizə də Allah aqıl savad versin . qırılır millət .

      Cavab yaz
  • Anonim
    sema · 14 Mart 10:2423

    ne qeder savadsiz hekim vaar cox bele hadiseler olaca allah rehmet elesin ailesine sebr versin /rayonlar cox berbad haldadir uzi olan yerde hekim olmaq cox asan isdi hec oxumaq lazim deyil 9 aya qeder 20 defe uziye salirlar hamileleri ele onda olur ne olursa

    Cavab yaz
  • Anonim
    G · 14 Mart 10:3430

    Tovuz Mərkəzi Rayon Xəstəxanasına geden xəstə ya ölür yada ömürlük xəstə olur .Səhv diyaqnozlara görə.

    Cavab yaz
  • Anonim
    ... · 14 Mart 10:3670

    Cox pis oldum Allah rehmet elesin. Mende 7 ayliq hamileyem. Ilk uwagim keserle olub. 10 ay bitende yene qaldim tehlukelidi deselerde qiymadim balama. 7 aya qeder sag salamat gelmisem qorxuram kaw bu balami da Rebbimin komeyi ile qucagima ala bilsem. Bu xeberler qorxudur meni.

    Cavab yaz
  • Anonim
    Heyat · 14 Mart 10:4540

    Rayon yerlerinde çox olur bele hallar.bilirsiz niye?rayon yerinde yaşayan soydaşlarimiz bezen hamilelik zamani hekim müayinesine getmeyi reva bilmir.bunada bezi qaynanalar imkan vermir.biz heç hrkim üzü görmemişim,biz heç usm falan görmemişik nooolub bizeee?belr olan halda getmirler hekime.bezileride sehlenkarliüdan.daxilde geden hamilelik prosesi çoox çetin ve tehlükeli hal hesab oıunur.daxilde ne baş verir bilmirler.sonra doğum vaxti her şey çixir ortaya neticede hekim olur günahkar.şahidi olduqum aileler var ki gelin özü xesdedi her hansisa orqani am hekime getmir.pul çixir yada pul yoxdu deye.mendede bele şeyler olub qaynanam üzüme demesede arxamca danişirdi oğlumun pullarin verir hekimlere.özüm vurdum üzüneki sene sağlam uşaq lazimdi yoxsa doğulanan sora illerle müaluce alan uşaq?dedi saqlamm.hee drdim onda sen qarişma.puldaki ayda 15 manat çixir.deymey yeni??uşaqlarim saqlamdi.vaxfinda müayine etmek lazimdi.ana uşaq ölümü çoox hallarda hekimde günah olmur. PS.hekim deyilem.hekim qohumum falanda yoxd

    Cavab yaz
    • Anonim
      sena · 14 Mart 11:0220

      Uzi hecde pis veya tehlulekli deyil ama her weyin oz vaxti var bow bowuna uzi etmek yaxwi deyil ...bizde cox zeifdi hec olmasa hamile qadincun herwey pulsuz olsaydi bular olmazdi .Gedirler hekime bir sumka iyne derman yazirlar yaZiq hamielere bu hamile muayineleremi heray pul versin yoxsa iyne dermanami ,,ozude menasiz yere yazirlar coxu dermanida

      Cavab yaz
      • Anonim
        $.$.$. · 14 Mart 11:3360

        mənim bugunki dərslərim bərbad oldu. rəhmətə gedən gəlinlə balası aqlımdan cıxmır. bir az var Son xəbər saytından oxudum ki bu gəlin Cəlləbab rayon sakinidir Aqstafaya qohumlarıgilə gəzməyə gedibmiş . lap əla lap yaxşı gəzin dolanın. lakin məni başa salın görum hamilə bir gəlinin belə uzaq bir rayona getməsi nə qədər duzgundur? bunun bir böyuyu anası bacısı demədi ki ay gəlin bu vəziyyətdə hara gedirsən? yazıq gəlin bəlkə öz rayonunda olsaydı belə olmazdı öz həkimləri onun barəsində hər şeyi hər məlumatı bilərdilər ki hamiləliyi necə kecib . bu da aqılsızlıqın bir növu.

        Cavab yaz
        • Anonim
          alsu · 14 Mart 14:5110

          yaziq gelin ovladinin nefesini duymamiw ciceyi burnunda korpesi ile dunyasini deyiwdi 21 yaw nedirki heyif sene ailesine de allah sebr versin bala itkisini allah hec bir valideyine gostermesin boyuk derdi hekimlere de allah insaf versin canla bawla yanawsaydilar ne olardi ki saglam gelen adam gozu aciq getdi

          Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.