Azərbaycana gələn xarici ölkə vətəndaşları arasında sorğu keçiriləcək.
Bu barədə Milli.Az-a açıqlamasında Milli Turizm Təbliğat Bürosunun mətbuat katibi Kənan Quluzadə bildirib.
Onun sözlərinə görə, Büro turizm sektoru ilə bağlı detallı statistika hazırlamaq istəyir:
"Bu məqsədlə çox böyük bir layihəyə başlayırıq. İstəyirik ki, Dövlət Sərhəd Xidməti ilə birgə sərhəd keçid məntəqələrində anket sorğusu keçirək. Hələlik ilkin olaraq Azərbaycana gələn 100 min xarici ölkə vətəndaşına anket paylamağı planlaşdırırıq.
Bakıda vahid endirim kartı - Qiymətlər, qaydalar, istifadə yerləri
K.Quluzadə qeyd edib ki, ölkəyə gələn turistlərin sayının artmasını və bundan vətəndaşlarımızın daha çox qazanc götürməsini istəyiriksə, mütləq mövcud tələb öyrənilməlidir ki, lazımi təklif də edilə bilinsin:
"Xarici ölkə vətəndaşlarının Azərbaycana gəlməsinə görə birinci yerdə ənənəvi olaraq Rusiya, ikinci yerdə isə Gürcüstan gedir. Ötənilki göstəricilərə əsasən, İrandan gələnlərin sayının Türkiyədən gələnləri üstələməsi nəticəsində İran bu siyahıda 3-cü yerə çıxıb. Sonrakı yerləri isə ərəb ölkələri və digər dövlətlər tutur.
Bakıda böyük Novruz Festivalı - Bir həftə möhtəşəm bayram olacaq
Amma elələləri də var ki, onlar Azərbaycana turist kimi gəlmirlər, sadəcə burda işləyirlər. Yaxud da bəziləri bura idmançı kimi yarışlara və ya konfranslarda iştirak etmək üçün gəlirlər. Bu məsələyə nisbətən aydınlıq gətirmək üçün biz ölkəmizə gələnlərin statistikasını daha detallı öyrənməliyik".
Ona görə də Milli Turizm Təbliğatı Bürosunda hesab edirlər ki, ölkəmizə gələn xarici vətəndaşlar arasında sorğunun keçirilməsi bir çox məsələlərə aydınlıq gətirməyə kömək edəcək.
İlkin İzzət
Milli.Az