Ölkə

Dəmir yolları üçün 5 milyard dollarlıq investisiya

13 Mart 2018 16:52
0 Şərh     Baxış: 1 303
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda keçirilən ATƏT Parlament Assambleyasının (PA) İpək Yoluna Dəstək Qrupunun beynəlxalq konfransının nəqliyyat və loqistika prosedurlarının sadələşdirilməsi ilə bağlı panel iclası başlayıb.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədrinin müavini Hicran Valehov bildirib ki, 2010-2020-ci illər ərzində Azərbaycan dəmir yolu təsərrüfatına 5 milyard ABŞ dolları məbləğində investisiya qoyulması nəzərdə tutulub. Onun bildirdiyinə görə, artıq bu vəsaitin bir hissəsi yatırılıb. 

"Bu investisiyalar beynəlxalq maliyyə institutları tərəfindən əməkdaşlıq çərçivəsində qoyulur"-deyə H.Valehov əlavə edib. O, qeyd edib ki, ən uğurlu layihələrdən biri 8,8km-lik Astara-Astara layihəsidir. 

"Bu vaxta qədər 1000-dən çox vaqon alınıb. Konteynerlərin alınması məsələsinə önəm verdiyimiz üçün bu işlərin davam etdirilməsini nəzərdə tuturuq. Artıq bu məqsədlə dövlət büdcəsindən vəsait ayrılıb".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.