Ölkə

Dayanacaqlarda siqaret çəkilməsi qadağandır - Elanlar da vuruldu - FOTO

13 Mart 2018 16:48
6 Şərh     Baxış: 1 424

"Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Qanuna əsasən, avtobus dayanacaqlarında da siqaret çəkilməsi qadağandır. 

Milli.Az xəbər verir ki, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikası Qanununun tələbinə uyğun olaraq, Bakı Nəqliyyat Agentliyi tərəfindən quraşdırılan dayanacaq pavilyonlarına bununla bağlı xəbərdarlıq elanları vurulub.

Qeyd edək ki, siqaret çəkməyə görə cərimənin tətbiq edilməsi səlahiyyəti Fövqəladə Hallar Nazirliyinə (FHN) və Daxili İşlər Nazirliyinə (DİN) verilib.

Xatırladaq ki, Milli Məclis tərəfindən qəbul edilmiş "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikasının Qanunu 2017-ci il dekabrın 1-dən qüvvəyə minib. Qanuna əsasən səhiyyə, elm və təhsil müəssisələrində, muzeylərdə, kitabxanalarda, kinoteatr, teatr, sirk binalarında, sərgi və nümayiş salonlarında, idman yarışları, konsert və digər kütləvi tədbirlər keçirilən zallarda, ticarət, məişət və sosial xidmət obyektlərində, hava və dəniz (çay) limanlarının inzibati binalarında, dəmir yolu vağzallarında, avtovağzallarda (avtostansiyalarda) və avtobusun dayanacaq məntəqələrində, beynəlxalq və ölkədaxili sərnişin daşınmasında, sərnişindaşınmaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələrində və taksi minik avtomobillərində, çoxmənzilli binaların liftlərində və ümumi istifadə otaqlarında, uşaq meydançalarında, çimərlik əraziləri hüdudlarında və digər yerlərdə siqaret, sulu qəlyan və elektron siqaretin çəkilməsinə icazə verilməyəcək.

Bu qadağa təhsil və tərbiyə müəssisələrində, habelə onların ərazilərində, səhiyyə, reabilitasiya və sanatoriya-kurort müəssisələrində, onların ərazilərində, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün müəssisə, idarə və təşkilatlarda, iş yerlərində, idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi zallarda, restoranlar, kafelər, barlar daxil omaqla ictimai iaşə obyektlərində (açıq məkanlar istisna olmaqla), ticarət və məişət obyektlərində, sosial xidmət müəssisələrində, mehmanxanalarda, teatr və kinoteatrlarda, sərgilərdə, oxu zallarında, kitabxanalarda, muzeylərdə, habelə digər mədəniyyət obyektlərində tütündən istifadə qadağan ediləcək, eyni zamanda, yerüstü və yeraltı piyada keçidlərində, müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlarası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslarda və taksilərdə, metropoliten stansiyalarının vestibüllərində, keçidlərində və platformalarında, vaqonlarda da keçərlidir.

  Lakin qanunun artıq 3 aydan çoxdur qəbul olunmasına baxmayaraq, onu tətbiqi ilə bağlı gecikmə var. Sözügedən qanunun tam qüvvəsi ilə tətbiqi məsələsinə Milli Məclisin builki yaz sessiyası ərzində İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edildikdən sonra tam aydınlıq gələcəyi gözlənilir.

İlkin İzzət
Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

6 Şərh:

  • Anonim
    Ramin Eliyev · 13 Mart 18:0140

    Insallah qanun quvveye miner ve tetbiq olunar. Bezmisik bu siqaret cekenlerin elinden. Hara gedirsen siqaret tustusu, iyisideki adamin ustunden 10 gun getmir. Ne gormusunuz bu siqaretde. Men 10 il cekdim xestelendim, astma oldum. Indi harada siqaret cekirler tez qaciram oradan. Bir balaca iyisi gelende artiq boguluram. Besdirin milleti zeherlediniz. Cekenleredir meslehetim, tergidin bu pis verdisi. Inanin Allaha tergidenden sonra ele sevineceksiniz ki, deyeceksiniz bu lenete gelmisi men niye cekmisem. Pulunuz cibinizde, ozunuzde saglam.

    Cavab yaz
  • Anonim
    Samire · 13 Mart 22:0620

    Yolnan yeriyende yere baxanda, adamin lap ureyi bulanir. Cox irgenc gorsenir.Bu natemizliye de, qadaqa qoyulsaydi, cerime teyin olunsaydi, cox yaxshi olardi.

    Cavab yaz
  • Anonim
    Kirpi jurnalı · 14 Mart 09:4810

    Yaxşı olardı, səhər səhər adam dayanacaqda durub avtobus gözləyirsən, biri sağında tüstülədir, biri solunda. Allahın o təmiz havasını da ala bilmirik səhər-səhər.

    Cavab yaz
  • Anonim
    nn · 14 Mart 10:0210

    Bu qanun bizim bəzi millətimizin nümayəndələrinə aidiyyəti yoxdur. Onlar siqaret çəkmələrində olacaqlar, bəzi avtobus sürücülərinə irad tutanda ki siqaret çəkməsinlər, başlayırlar təhqir etməyə, söyüş söyməyə.

    Cavab yaz
  • Anonim
    Taksi · 14 Mart 10:2601

    1 ci siqaret emal edən zavodu cərmələsinlər baku tabacca nı keşlədə sonra vətandaşları Buda təzə çıxıb siqaret cərimə Siz allah bəsdirin guya sizi fikirləşən var hamısı cərimə pull vəsalam.... Siqaret tərgitmisən sagol 10 il çəkəndə beıə demirdin heççç Skqaret çəklib çəkiləcəkdəə Lazəm olan məshləri həll edin bu aktual deyill

    Cavab yaz
    • Anonim
      Ramin Eliyev · 6 Aprel 19:5910

      Duzdur 10 il cekende bele demirdim, amma ureyimde fikirlesirdim ki ne vaxtsa bu pis verdisi tergideceyem. Meslehetdir tergit, ziyanini gorende gec olacaq.

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.