Ölkə

Suriyada təlim keçən şəxsə hökm oxundu

13 Mart 2018 16:46
0 Şərh     Baxış: 360

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriya və İraq dövlətlərinin ərazilərində dini radikal qruplaşmanın təlim və döyüşlərində iştirak etməkdə təqsirləndirilən Həsrət Əliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.

Dövlət ittihamçısı H.Əliyevin 11 il müddətinə azadlıqdan məhrum edilməsinə istəyib.

Daha sonra prosesdə hökm elan olunub.

Hökmə əsasən, H.Əliyev 9 il müddətinə azadlıqdan məhrum edilib.

Azərbaycan vətəndaşı Əliyev Həsrət Əlihüseyn oğlu 2017-ci il oktyabrın 27-də saxlanılıb. O, İraq və Suriyada dini radikal qruplaşmanın tərkibində təlim keçməkdə təqsirləndirilib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.