Ölkə

“Buta Airways” Türkiyənin məşhur kurortuna aviareys açır

13 Mart 2018 16:04
Baxış: 1 317
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Buta Airways" 2018-ci il iyunun 7-dən etibarən Türkiyənin məşhur kurort şəhəri - Alanyaya birbaşa uçuşlara başlayır.

"Buta Airways" aviaşirkətinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, aviaşirkətin digər istiqamətləri kimi Bakı-Alanya (Qazipaşa hava limanı) istiqaməti üzrə də minimal tarif 29 avro (bir tərəfə) təşkil edəcək. Uçuşlar iyunun 7-dən etibarən həftədə iki dəfə - cümə axşamı və şənbə günləri həyata keçiriləcək.

Aviabiletləri artıq aviaşirkətin rəsmi internet saytında, həmçinin satış ofislərində əldə etmək mümkündür. 

Lou-kost aviaşirkət olaraq, minimal tarifdə baqajın, əl yükünün daşınması, təyyarə göyərtəsində isti yeməklər, hava limanında qeydiyyat, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətlər ödəniş müqabilində təklif edilir.

Alanya Aralıq dənizi sahilində gözəl şərq şəhəri və eyni zamanda Türkiyənin yazdan payıza kimi istirahət edə biləcəyiniz sərfəli kurortudur. Müxtəlif çalarlı isti dəniz, mavi bayraqlarla işarələnən möhtəşəm çimərliklər, gözəl mənzərələr, maraqlı çoxəsrlik tarix, su əyləncələri, parlaq gecə həyatı turistlərə buradakı istirahətini uzun müddət xatırladacaq.

Bütün yenilikləri və xəbərləri "Buta Airways"in sosial şəbəkələrdəki səhifələrində izləmək mümkündür:

facebook.com/ButaAirways

instagram.com/ButaAirways

twitter.com/ButaAirways

t.me/Buta_Airways

"Buta Airways" Azərbaycanın ilk aşağı büdcəli aviaşirkətidir və "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) struktur bölməsidir. 2016-ci ilin dekabrında əsası qoyulmuşdur. Aviaşirkətinin donanması müasir "Embraer" təyyarələrindən ibarətdir. Aviaşirkət Bakıda, Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.