Ölkə

Xuraman Vəfadan kəskin tənqid - Böyük bir uçurumun kənarındayıq, xalqın əxlaqı korlanır

13 Mart 2018 13:56
13 Şərh     Baxış: 4 014

"Musiqimizə, mahnılarımıza baxsaq görərik ki, böyük bir uçurumun kənarındayıq".

Bu barədə Milli.Az- a açıqlamasında bayağı mahnılar və onların ifaçılarını kəskin tənqid edib şairə Xuraman Vəfa bildirib. Onun sözlərinə görə, akademik mahnılar artıq itmək üzrədir:   

"Xalqın zövgünü məcbur şəkildə korlayanlar var. Bizim kamanımız, tarımız, tütəyimiz, balabanımız var. Necə ki müğənni oxuyur, alətlər də onu ifadə etməlidir. Musiqi alətlərimiz bir sintezatorla əvəz edilib. Son zamanlar musiqi bəstələnmir. Mən deyərdim bəstəkarlarımızın çoxu incəsənətdən küsüb. Baxırsan, müğənnilər elə bəstəkarlara üz tuturlar ki, adam söz tapmır deməyə. İndi hər kəs öz kitabını oxuyur, hərə öz havasında oynayır. Sənəti öldürən insanlar əslində, xalqın düşmənidir. Bizim incəsənətimizə düşmən kəsiliblər. Milli əsərlərimizi guya sintez edib Avropaya çatdırırlar. Daha da bərbad günə qoyurlar bizim xalq mahnılarımızı. Bir vaxtlar televiziya kanallarında, Bəstəkarlar İttifaqının özündə senzuralar var idi. Hər mahnılar qəbul olunmurdu. Bu problem Bəstəkarlar İttifaqı səviyyəsində də həll olunacaq bəla deyil. Bu gün hamı bəstəkar, hamı şair olub. Müğənni həm bəstəkardır, həm musiqiçidir, həm də söz yazarıdır. Nə qədər ki, bu fəlakət qarşımızda duracaq, bizimlə bir addımlayacaq, sənətimizdə irəliləyiş olmayacaq. Bu bayağı mahnılar insanların zövgünü korlamaqla yanaşı, həm də əxlaqi cəhətdən kasıbdır. Xalqın əxlaqını korlayan mahnılardır. Həmin sənətdən xəbəri olmayanlar ən böyük konsert salonlarında konsert verirlər. Əvvəllər hər adam Heydər Əliyev adına sarayda konsert verə bilməzdi. İndi yerindən duran o salonda  konsert verir".

Xuraman xanım eyni zamanda bayağı mahnıların yayılmasında bölgələri günahlandıranlara da cavab verib. O, bildirib ki, bölgələrimizdə kifayət qədər ziyalı, zövqlü insanlar var: "Gəlin heç də uzaq olmayan tarixə nəzər salaq. Şəfiqə Axundova Şəkidən, Üzeyir Hacıbəyov Şuşadan gəlib. Bu siyahını uzatmaq da olar. Problemi bölgələrin üzərinə atıb o insanları günahlandırmasınlar. Tariximizə, ədəbiyyatımıza, kinolarımıza, musiqimizə nəzər salsaq, görərik ki, bölgələrdən necə nəhəng sənətkarlar çıxıb. Ondansa problemin həllinə çalışılsın. Həll yolunu isə mən nəzarətdə görürəm. Sözlər və musiqi təhlil olunmalıdır. Onu da qeyd edim ki, bu cür mahnıların təbliğatı təkcə televiziya və radiolarda aparılmır. Restoranlar, alış-veriş mərkəzləri və digər ictimai yerlərdə bayağı mahnılar təbliğ olunur. Bunların qarşısı alınmalıdır".

Zərif Nisə
Milli.Az

loading...

Şərh yaz:

13 Şərh:

  • Anonim
    xalqını sevən birisi · 13 Mart 14:0650

    axır ki bunu düşünən tapıldı sizi tam dəstəkləyirəm və bildirmək isteyirəm ki o gözəl mahnıların mənalı sözlərinidə yazan bölgə sairləridir.

    Cavab yaz
    • Anonim
      Xuranana · 13 Mart 14:3561

      Bilirem coxlu tenqidlerle ,dislayklarla qasilashacam,bir poeziya heveskari olaraq senin ehtiras dolu serlerini oxuyan her kes pozular.Qadin olan yasina fikir verib yazar.

      Cavab yaz
      • Anonim
        Xuramana · 13 Mart 14:3830

        Hərf səhfi oldu.

        Cavab yaz
  • Anonim
    Kami · 13 Mart 14:3850

    Burada teeccublu bir wey yoxdu. Bir cemiyyetde ki aciq saciq geyinenler qaz vurub qazan doldurur, bayaqi mahnilar da artacaq. Her exlaqdan uzaqa "ULDUZ" deyende, onlari toylara caqirib minlerle manat pul verende, gece-gunduz televiziyaya onlari devet edende, ev-ewiklerini gosterende bele de olmalidir. Ona gore de teeccublenmeye deymez. O ki qaldi insanlarin zovqunun korlanmasina, o insandan asilidir. Eqidesi, imani, exlaqi mohkem olana bayaqi mahnilar, veriliwler, sozler ve hereketler tesir ede bilmez.

    Cavab yaz
  • Anonim
    dilək · 13 Mart 14:4130

    gözəl iraddır mahnıya qulaq asırsan nə bir mənası var heç söz yığnağı da demək olmaz söz də tapmırsan ki bu mahnıda nə deyilir televizoru radionu açırsan ancaq bu mahnılardır elə bil insanlar manqutlaşıb bu mahnılarnan

    Cavab yaz
  • Anonim
    M · 13 Mart 15:0413

    Əlbəttə, bütün ziyalı adamlar elə bölgələrdən çıxıb. Bu fikiri ilə çox razıyam

    Cavab yaz
    • Anonim
      Adi insan · 13 Mart 23:1430

      15.04.Fikrinize bir qeder aydinliq getirerdim ki,ziyali insanlar tekce bolgelerden deyil, Baki weherinin merkezinden de cixib.Her halda bolgelerden ve yaxud Bakidan olmaqlarina baxmayaraq onlar Azerbaycanimizin fexrleridir.Ezizim Milli.az.xahiw edirem bu werhimi zehmet olmasa verin.

      Cavab yaz
      • Anonim
        Adi insana · 13 Mart 23:2430

        Like size ,bakililar adindan!!!

        Cavab yaz
        • Anonim
          Adi insan · 15 Mart 14:1910

          Cox sag olun.Hec xowum gelmirde bu Baki ve bolge sohbetlerinden.Menim fikrime gore agilli insanlar hec bu cur Baki, rayon meselesini ortaliga atib milleti qiziwdirmamalidir.

          Cavab yaz
          • Anonim
            Adi insana · 16 Mart 07:3710

            Hele bir de bu sozu ,,ziyali,,olanlardan esidende.

            Cavab yaz
  • Anonim
    Beshtau · 13 Mart 15:1560

    Ne yeni filimlere baxiram nede musiqiye qulaq asiram.

    Cavab yaz
  • Anonim
    muasir · 13 Mart 15:5822

    əvvəllər yeri okuz qosaraq belləyirdilər. yeməyi yerdə oturub yeyərdilər. paltari əllə yuyardilar.yollari atla capardilar.qaranliq dusməmis yatardilar. xorux banlayanda durardilar. tezeden bunami qayidaq.

    Cavab yaz
    • Anonim
      $.$.$. · 13 Mart 20:0320

      kecmişə qayıtmaq lazım deyil. lakin ədəb ərkandan da uşaqlaşmaq acıq sacıq geyinib xalqın gözu önundə numayişlərdən uzaq olmaq lazımdır.

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.