Ölkə

Azərbaycanda əri tərəfindən döyülən qadın xəstəxanada öldü

13 Mart 2018 12:27
4 Şərh     Baxış: 1 571

Lənkəranda döyülərək xəstəxanaya yerləşdirilən qadın ölüb.

Milli.Az report-a istinadən xəbər verir ki, ötən gün rayonun Rvo kənd sakini 1967-ci il təvəllüdlü Qafarova Marifə Vəli qızı ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstənin yaxınları M.Qafarovanın yıxılaraq xəsarət aldığını bildirsələr də, sonradan qadının həyat yoldaşı tərəfindən döyüldüyü məlum olub.

M.Qafarovanın yaxın qohumu "Report"a bildirib ki, M.Qafarova bir həftə bundan əvvəl əri tərəfindən döyülüb: "Marifə bir həftə idi evdə ağır vəziyyətdə uzanırdı. Dünən qəfildən halı pisləşdi və xəstəxanaya gətirdik. Onu bu vəziyyətə əri salıb". 

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Milli.Az

loading...

Şərh yaz:

4 Şərh:

  • Anonim
    $.$.$. · 13 Mart 12:3150

    yazıq qadını vaxtında gətirsəydiniz həkimə bəlkə indi həyata vida etməzdi. cahillik baş alıb gedir. nə vaxta qədər bu insanlar öz huquqlarını bilməyəcək tələb etməyəcəklər?

    Cavab yaz
  • Anonim
    Süleyman · 13 Mart 12:5040

    Belə şüursuz yaxın qohumdansa bir cüt rezin qaloş yaxşıdır.

    Cavab yaz
    • Anonim
      alsu · 13 Mart 15:0200

      yaziq gelin kocende ne bileydiki ezrayilnan evlenir

      Cavab yaz
      • Anonim
        Adsiz · 13 Mart 20:0000

        Nə vaxta qədır bəzi kişilər öz güclərini qadinlarinin üzərində sinayacaqlar

        Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.