Ölkə

Şahdağa 41 sm hündürlüyündə qar yağdı

13 Mart 2018 13:02
1 Şərh     Baxış: 1 066

Ölkə ərazisində martın 12-si gündüzdən 13-ü səhərədək qeyri-sabit hava şəraiti davam edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə, arabir yağış, bəzi yerlərdə sulu qar, qar yağıb, ayrı-ayrı yerlərdə intensiv olub. Şimal-qərb küləyi əsib, bəzi rayonlarda və Abşeron yarımadasında arabir güclənib.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 3-7, Lənkəran-Astara zonasında 3-19, Böyük Qafqazda 5-24, Mərkəzi-Aran rayonlarında 3-13, Qazax-Gəncə zonasında 3-10, Kiçik Qafqazda 2-7, Naxçıvan MR-da 1 mm olub.

Qar örtüyünün hündürlüyü Şahdağda 41, Sarıbaşda 21, Xınalıqda 17, Qırızda 16, Qubada 8, Qusar, Şamaxıda 5, Xaltanda 3, Kişçay, Rvarud, Kəlvəzdə 2, Qəbələ, Göygöldə 1, Qubanın dağlıq ərzilərində 3-25 sm təşkil edib.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Tural · 13 Mart 14:0611

    Cəhənnəmə Yağıb Gozum Aydin Hacan Bakiya Yağar onda yazarsız !

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.