Ölkə

Havanın temperaturu yüksələcək

13 Mart 2018 11:20
3 Şərh     Baxış: 8 783

"Martın 15-də ölkədə hava şəraiti mülayimləşəcək".

Milli.Az xəbər verir ki, bunu report-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki, martın 13-14-də Bakıda və Abşeron yarımadasında yağıntılı hava şəraiti müşahidə olunacaq: "Rayonlarda da hava şəraiti yağıntılı keçəcək, bəzi rayonlarda yağış yağacaq, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Martın15-i gecə və səhər saatlarında yağıntılı hava şəraiti müşahidə olunsa da, günorta saatlarında havanın mülayimləşəcəyi və gün ərzində əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq". 

G.Məmmədovanın sözlərinə görə, bu gün və növbəti iki gündə ölkədə cənub-şərq küləyi əsəcək: "Martın 14-ü və 15-i günorta saatlarında küləyin sürəti arabir güclənəcək".

Havanın temperaturuna gəlincə, mütəxəssis bildirib ki, bu gün günorta saatlarında ölkə ərazisində havanın temperaturu 4-6 dərəcə arasında müşahidə olunsa da, martın 15-də tədricən yüksələrək 7-10-dərəcəyə çatacağı gözlənilir.   

Milli.Az

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Tovuzlu Tutu · 13 Mart 11:2450

    Əziz Milli.az izləyiciləri YEL çərşənbəniz mübarək. Hər zaman qazanlarınız qaynar , ocaqlarınız yanar olsun!

    Cavab yaz
  • Anonim
    Deyanet Viravul Lenkeran · 13 Mart 11:2502

    Bakıda bu saatlarda hava necədir?

    Cavab yaz
  • Anonim
    Tural · 13 Mart 13:2900

    İnanan Daşa Donsun Dunen gecə Bakida Sulu Qar yağırdı

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.