Ölkə

“Bayıl sürüşmə sahəsindəki 98 evdən yalnız birinin sənədi var”

13 Mart 2018 11:38
1 Şərh     Baxış: 984

"Bayılda sürüşmə sahəsində yaşayan sakinlərə ailənin tərkibinə görə kirayə haqları verilir".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Səbail rayon icra hakimiyyətinin başçısı Eldar Əzizov deyib. E. Əzizov qeyd edib ki, təhlükəli ərazilərdəki mənzillərin sakinləri köçürüləcək: "Kompensasiyanın verilməsi işinə Maliyyə Nazirliyi baxır. Ərazidəki 98 evdən yalnız birinin sənədi var. Sürüşmə sahəsindəki evlər qanunsuz tikilib. Məsələ ilə bağlı Bakı şəhər prokurorluğuna müraciət etmişik, onlar iş aparır. Çalışacağıq ki, bu məsələ öz həllini tapsın".

İcra başçısı evləri qəzalı vəziyyətə düşən sakinlərə veriləcək kompensasiyanın məbləğini açıqlamayıb.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Kami · 13 Mart 14:4400

    Bu ev iynedi beyem ki hec kim onun tikilmesini gormeyib? Hara baxirdi bes icra hakimiyyeti o 97 ev tikilende?! Bilmirdiler ki ora suruwme zonasidir, tehlukelidir? Allah bu ruwvetle iw goren, ruwvete gore her weye goz yuman mexluqlarin cezasin versin!!!

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.