Ölkə

"Burada kim öz borusunu tapsa, mükafat verilir" - VİDEO - FOTO

13 Mart 2018 12:00
0 Şərh     Baxış: 2 419
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda Koroğlu Rəhimov küçəsində yerləşən 53 nömrəli yataqxana üzərindəki hörümçək toruna bənzər borularla diqqət çəkir. Bu problem illərdir işıqlandırılsa da, sakinlərin şikayətinə hələ də cavab verən yoxdur.

Milli.Az xəbər verir ki, qafqazinfo sözügedən ünvana baş çəkərək vəziyyətlə maraqlanıb. Həmin binada yaşayan məcburi köçkünlər su borularının səliqəsiz düzülüşünə görə binanın qəzalı vəziyyətə düşdüyünü bildiriblər.

Onlar qeyd ediblər ki, 26 ildir bu binada belə vəziyyətdə yaşayırlar: "Binaya baxan, təmir eləyən yoxdur. Yalandan gəlib baxırlar, təmir edəcəyik desələr də,  sonra görünmürlər. Cavanımız, qocamız, uşaqlarımız, bir sözlə hamımız rütubətdən xəstəlik tapmışıq. Su boruları şəxsi hesabımıza quraşdırılıb. Elə quraşdırılıb ki, heç kim öz borusunu tanımır. Bəzən elə olur ki, boru partlayır. Onsuz da çətin vəziyyətdə yaşayırıq. Bir tərəfdən də bu problemlər güzəranımızı lap çətinləşdirir".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

'Burada kim öz trubasını tapsa, mükafat verilir'

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.